Kürəsünnilər

Kürəsünnilər (və ya Kürəsünlü, Kürəsinli[1], Kürəsünnü) — Azərbaycan xalqının etnogenezində iştirak edən türk[2] mənşəli tayfalardan biri. Dilləri Azərbaycan dilidir və əsasən sünni müsəlmandırlar.

Kürəsünnilər
Yaşadığı ərazilər
İran İran
Türkiyə Türkiyə
Dili

Azərbaycan dili

Dini

İslam, Sünni

Qohum xalqlar

Azərbaycanlılar

Etimologiyası

Kürəsinli adının mənşəsi dəqiq olaraq bəlirlənməyibdir və hələdə mübahisədədir. Yerli əhali Kürəsinni olaraq Salmas əhalisi isə Kürəsünni olaraq tələffüz edilməkdədir. Türk dili qaydaların nəzərdə alırsaq bu ad Kürəsin+li dən vicuda gəlib. Kürəsin əhalisi, Kürəsindən gələn insanlar, Kürəsinə mənsub adamlar kimi mənalanır. Belə nəzərə gəlir; Kürəsin, bir coğrafisəl addır və bir bölgə adı olmalıdır. Tohid Məlikzadə, "Salmasın on min illik Tarixi" kitabında yazır: Kürəsinlilər Səfəvi dövründə Girəsun bölgəsindən köçüblər və Türklərin Çəpni boyuna mənsubdurlar.[3] Şəhram Qasimzadə "Kürəsinlilərin Tarix və Sivilizasiyası" kitabında yazır: Kürəsinli ləhcəsiylə, Orta Asiyada Özbəklərin ləhcəsiylə bənzərliklər var və Kürəsinlilər Türküstanın qədim Xorasanın Xarəzm bögəsindən köçdükləri möhtəməl görünür. O deyir, Kürəsinli Xorasanlı ilə eyni sinonimlər ola bilər və buna görədə tarixdəki Xarəzmşahları bu məsələylə ilgiləndirir. Özbəklər Xarəzmi Xorazm olaraq tələffüz edirlər və birdə Xarəzmşahlara özlərini Xoresmənlər adlandırırdılar.Nəticədə, Xoras ilə Kürəs kəlmələrini birgə kökdən olduğun mümkün bilir.[4] Xarəzmlərin Moğolların hücumu əsnasında Güney Azərbaycana yerləşməsinə dayir sənədlər vardır.

Anadoluya köç

24 sentyabr 1925 tarixində 2086 Şərq İslahat Planı qərarnaməsiylə Kürəsinlilərin Vana yerləşmələrinə icazə verilmişdir. qərarnamədə: "Van şəhəri ilə Midyat arasındakı xəttin qərbində Ermənilərdən mətruk (tərk edilmiş) əraziyə Türk mühacirləri (Küresünnilər) yerləşdirilcəkdir." deyilməkdədir. Həmçinin, Bölgədə yerləşdiriləcək Kürəsinlilərə yardımı qərarı da: "Şərqə yerləşdiriləcək mühacirin (Kürəsinlilər) və yerli Türklərin məskən ediləcəkləri bölgələrə qədər hökumətin vəsait-i sirriyəsi (sirri vasitələr) ilə nəqlləri və əsnay-i nəqldə (daşıma heynində) iaşə və evlərinin hökumət tərəfindən inşası bir illik iaşələrinin təmini, heyvanat və alat-ı ziraiyelerinində (əkinçilik alətləri) eyni şəkildə hökumətdən itası lazım gəlir." qeyd edilmişdir.[5]

Yaşadıqları yerlər[6]

Güney Azərbaycanda

Kürəsünnilər, əsasən İranın Qərbi Azərbaycan ostanında XoySalmas arasında yerləşən Kürəsünni mahalı adı ilə tanınan bölgədə və Urmiyə ətrafında yaşayırlar.

Urmiyada

  • Quluncu, Gecin, Vəlində,Qızıl Xənəyə, Balı,Mirava, Neybin, Balanac, Dul Dizəsi, Kəhriz, Gültəpə, Tümətər, Kökədə və Bənd kəndlərində.

Xoyda

  • Estiran, Yesdikan , Babəkan, Dizə, Qaratəpə, Qotur, Mexin, Raviyan, Zeri, Küküt, Almalı,Şıxlar Zeyvəsi, Hindivan və Görpiran kəndlərində.

Salmasda

Həmçinin Rikava(İrkava), Sərəmerik, Şeydan, Gulan Yengicə, Ağziyarət ve Şorik kəndlərində də yaşamaqdadırlar.

Türkiyədə

1925-ci ildə Türkiyəyə köçən kürəsünnilər isə, əsasən Van şəhərində və Van ilinin kəndlərində yaşayırlar.

Van şəhərində

  • İskele, Yalı, Beyüzümü (Şahbağı), Sıhke məhəllələrində

Van ili kəndlərində

  • Alaköy, Karagündüz, Kasımoğlu, Bardakçı, Lamizgirt, Yumrutepe, Köprüler (Gem) Mollakasım kəndlərində

Van ili ilçələrində

  • Özalp, Saray, Sırımlı Köyü, Çaldıran, Başkale, Edremit ilçələrində.

Bitlisdə

  • Ahlat, Adilcevaz ilçələrində və Erikbağı kəndində.

Xarici keçidlər

İstinadlar

  1. "Firuz Səidi: Sünni türklərin İran toplumunda yüksəlmə şansı yoxdur". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-01.
  2. Parçalanmış toplum - Kürəsünni türkləri Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (Audio) Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine
  3. Dr.Tohid Məlikzadə i Dilməqani, Salmasın onmin illik Tarixi (Farsca) (Nşr. Eldar Təbriz) s. 122
  4. Şəhram Qasimzadə, Kürəsinlilərin Tarix və Sivilizasiyası (Farsca) (Nşr. Yaz) s. 34
  5. http://kuresunniler.com/tarih/turkiyede-kuresunniler/93-kresnnilerin-trkiyeye-yerlejumeleri-izin.html Arxivləşdirilib 2011-04-03 at the Wayback Machine | Şark Islahat Planı Qərarnaməsi
  6. "Küresünnilerin Türkiye'de Yaşadıkları Yerler". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-27.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.