Kürəkən Əhməd Paşa
Kürəkən Əhməd Paşa (ö. 13 noyabr 1656) — Osmanlı sultanı Sultan İbrahim və IV Mehmedin dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.
Kürəkən Əhməd Paşa | |
---|---|
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul, Osmanlı imperiyası |
Həyat yoldaşı | Ümmügülsüm Sultan |
Əslən abxaz olub, saraya necə alındığı bilinmir. Əndərunda yetişmişdir. Təhsilini tamamladıqdan sonra öncə miraxur, ardından 1651-ci ilin noyabrında baş miraxur oldu. 1653-cü ildə vəzifədən alınsa da, çox keçmədən vəzir rütbəsi alaraq Sultan İbrahimin qızlarından Ümmügülsüm Sultanla nigahlandı. Tamamilə formal olan nigahın ardından Əhməd Paşa Bozcaadanın mühafizəsiylə vəzifələndirilib paytaxtdan uzaqlaşdırıldı. Ancaq qalanı qoruya bilmədiyi üçün gözdən düşmüş, paytaxta çağırılaraq 13 noyabr 1656-cı ildə edam edildi. Övladının olub-olmadığı bilinmir.
Mənbə
- Sicill-i Osmani I cild, səh. 230
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.