Küp qəbir
Küp qəbir — ölmüş şəxsin küpdə dəfn edilmə ənənəsi; qədim dövrlərdə müxtəlif xalqlar arasında geniş yayılmışdır.
Elmə məlum olan ən qədim küp qəbirləri e.ə IV minilliyə aiddir və Misirdə tapılmışdır. Mesopotamiya[1], Aralıq dənizi sahilləri və Kiçik Asiyadakı ən qədim küp qəbirləri isə e.ə. III — II minilliklərə aiddir. Qafqazda ən qədim küp qəbirləri Dağıstanda (e.ə II minilliyin II yarısı), Abxaziyada (e.ə. I minillik) Kolxidada (e.ə. V-IV əsrlər) aşkar edilmişdir. Amma bunlarla e.ə. II əsr - b.e.nın I əsri Şərqi Zaqafqaziya Küp qəbirləri mədəniyyəti arasında ortaq əlaqə yoxdur.
Məlumdur ki, Cənubi Amerikadakı hindilər, tupi və aravaklar son zamanlara dədər ölülərini gil küplərdə dəfn edirdilər[2].
Küp qəbir təcrübəsi Laosda hələ qədim dövrlərdə məlum idi, belə ki, oradakı Küplər vadisində çoxlu sayda küp qəbirlər aşkar olunmuşdur.
Həmçinin bax
İstinadlar
- Обермайер Г., Доисторихесский человек. Спб, 1913, ст. 570-572
- Karsten R., Civilization of the South American Indians. London. 1926
Ədəbiyyat
- Куфтин Б. A., Мат-лы к археологии Колхиды, т. 1-2, Тб., 1949-50.
- Schmidt Eric f. Anatolia through the ages. Discoveries at the Alischar mount 1927-29. The University of Chicago press. Chicago, Illinois, 1931