Küləklə sovrulanlar

"Küləklə sovrulanlar"amerikan yazıçısı Marqaret Mitçellin məşhur romanı. 1936-cı ildə dərc olunmuşdur. Pulitser mükafatı almışdır.

Yazıçı haqqında

Küləklə sovrulanlar
ing. Gone with the Wind
Müəllif Marqaret Mitçell
Janr roman
Orijinalın dili ingilis dili
Ölkə
Orijinalın nəşr ili 1936
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1900-cü ildə Atlanta şəhərində anadan olan Marqaret Mitçell həyatı boyu Cənub ideyalarını dəstəkləyən yazıçı kimi fəaliyyət göstərmişdir. O, Amerika Vətəndaş müharibəsi və Yenidənqurma zamanı çətinliklərlə qarşı-qarşıya qalan İrlandiya və Amerika əsilli nənəsinin hekayələrinə qulaq asaraq böyümüşdür. Onun güclü və intellektual anası qadınların səs vermək hüququ üçün mübarizə edən bir suffqarist idi.[1]

Yazılma tarixi və nəşri

Əsərdəki hadisələr Amerika Vətəndaş Müharibəsi və Amerika Birləşmiş Ştatlarının yenidən qurulduğu bir dövrdə Corciya ştatının Kleyton əyalətində və Atlanta şəhərində cərəyan edir. Bitki plantasiyası sahibinin qızı olan gənc Skarlet Oharanın Şermanın dağıdıcı "Dənizə yürüşündən" sonra səfalətdən çıxmaq üçün hər cür vasitədən istifadə etməli olan mübarizələrindən bəhs edilir. Bu tarixi roman bildunqsroman janrında yazılmışdır və adı Ernest Dausonun bir şeirindən götürülmüşdür.[2]

"Küləklə sovrulanlar" əsəri Amerika oxucuları arasında ilk nəşr olunduğu zamanda məşhur oldu və 1936 və 1937-ci illərdə Amerikanın ən yaxşı bədii bestselleriydi. 2014-ci ildəaparılan bir Harris sorğusunda onu, İncildən sonra Amerikanın oxucularının ikinci sevilən kitabı olaraq seçildi. Dünyada 30 milyondan çox nüsxəsi çap edilmişdir.

Həmçinin bax

İstinadlar

  1. Edwards, Anne. Road to Tara: The Life of Margaret Mitchell. New Haven, Connecticut: Ticknor & Fields. 1983. 17-18. ISBN 9780899191690.
  2. Margaret Mitchell, touched by the "far away, faintly sad sound I wanted" of the third stanza's first line, chose that line as the title of her novel Gone with the Wind. https://www.awesomestories.com/asset/view/SOURCE-of-the-TITLE-GWTW-Margaret-Mitchell-Gone-with-the-Wind Arxivləşdirilib 2020-02-27 at the Wayback Machine
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.