Külək - Bozqurdun sirri

Külək - Bozqurdun sirri - Azərbaycanlı yazıçı Xülya Cəfərova tərəfindən yazılmış Azərbaycan ədəbiyyatında süjet xəttində superqəhrəmanların yer aldığı Külək trilogiyasından olan sayca ikinci romandır. Bu əsərdə seriyanın ilk kitabı olan Külək - Yel kürəsinin şahzadəsi romanında təsvir olunan mübarizə fərqli məkanda davam edir. Əsərin əsas qəhrəmanı Külək artıq böyüyüb və indi təkcə vətəni Yel kürəsini yox, həm də buzların əsir aldığı anası Umayı, Mirvari planetini də xilas etməlidir. Bütün kainatı gözləyən təhlükədə isə ona ən böyük himayədarı və qoruyucusu Bozqurd, şahzadə İnci və fövqəlgüclərə malik insan - Qaya kömək edəcək.

Külək: Bozqurdun sirri
Müəllif Xülya Cəfərova
Janr Fentezi
Orijinalın dili Azərbaycan dili
Ölkələr Azərbaycan Azərbaycan
Seriya Külək trilogiyası
Nəşriyyat 3 Alma
Nəşr 1
Cild Nazik
Səhifə 200
ISBN 978-9952-311-10-9

Kitab haqqında fikirlər

Qənirə Paşayeva, millət vəkili - Bu roman insanlara daxillərindəki superqəhrəmanı üzə çıxarmağa kömək edir. Ədəbiyyatımızda ilk milli superqəhrəman olan Külək Azərbaycan və ümumtürk dəyərlərini özündə ehtiva edir. Roman gənclərimiz üçün özünükəşfə çağırışdır.


Xarici keçidlər

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.