Külək - Yel kürəsinin şahzadəsi

Külək - Yel kürəsinin şahzadəsi — Azərbaycan ədəbiyyatında süjet xəttində superqəhrəmanların yer aldığı ilk fentezi janrında roman. Azərbaycanlı yazıçı Xülya Sabirli tərəfindən yazılmış Külək trilogiyasından olan ilk romandır. Roman oxucunu yaşadığı dünyaya kənardan – Yel kürəsindən baxmağa sövq edir. Bu səyahət zamanı isə onu Külək müşayiət edir. Külək Yel kürəsini və onun mərkəzi Bakını xilas etmək üçün atası İşığa yardım eləməyə qərarlıdır. Lakin buna müvəffəq olmaq heç də asan deyil. Üstəlik, Yer kürəsinin də taleyi indi bu balaca qızdan asılıdır. Buna baxmayaraq, Külək anası Umayın nağıllarından, atası İşığın məsləhətlərindən və Simurq quşunun qorumasından güc alaraq, bu amansız yolda inamla addımlayır. Romanda Bakı şəhəri, Qız Qalası, İçərişəhər, Bayıl qalası, Atəşgah, Qobustan və digər tarixi məkanların mistik üzü oxucuya təqdim olunub.[1][2]

Külək: Yel kürəsinin şahzadəsi
Müəllif Xülya Sabirli
Janr Fentezi
Orijinalın dili Azərbaycan dili
Ölkələr Azərbaycan Azərbaycan
Seriya Külək trilogiyası
Nəşriyyat 3 Alma
Nəşr 1
Cild Nazik
Səhifə 180
ISBN 978-9952-311-50-1

Personajlar

  • Külək (superqəhrəman)- Yel Kürəsinin şahzadəsi və romanın əsas personajıdır. Yel Kürəsi adlı utopik diyarı xilas etmək üçün bir çox çətinliklərdən keçir. Ardınca Yer kürəsinin də taleyi ondan asılı olur.
  • İşıq (superqəhrəman) - Yel Kürəsinin kralı və Küləyin atasıdır.
  • Umay (superqəhrəman) - Yel Kürəsinin kraliçası və Küləyin anasıdır.
  • Simurq quşu - Qaf dağında yaşayır. Nəhəng və qızılı rəngdədir.
  • Alov - Romanın əsas mənfi personajıdır.

İstinadlar

Xarici keçidlər

Videolar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.