Küfr
Küfr (ərəb. الكفر) — Qurani-Kərim və hədislərdə çox geniş yer verilmiş terminlərdən biri də küfr kəlməsidir. Bu termin Allahı (c.c.) və Rəsulu Muhəmməd sallallahu əleyhi və səlləmin gətirdiyi şəriətinə inanmamaq və ya şəriətdə hər hansı bir şeyi inkar etməkdir. İslam alimlərinin imanın mahiyyəti haqqında irəli sürdükləri fərqli görüşlərindən dolayı küfrün də mahiyyəti haqqında da fərqli görüşlər ortaya qoyublar.
Küfür lüğətdə örtmək, gizləmək, nankorluq etmək kimi mənaları ifadə edir.
Termin mənası
Hz. Peyğəmbəri Allahdan gətirdiyi şeylərdə yalanlayıb, təvatur yolu ilə bizə gəlib çatan dinin əsaslarından birini və ya bir neçəsini inkar etmək deməkdir. Qurani-Kərimdə k-f-r kökündən yaranan küfür kəlməsi qırx bir dəfə amma bu kökdən olan feil və ismlər bir çox ayələrdə istifadə olunmuşdur. Həmçinin Quranda “ cəhd (bilərək inkar etmək), işraq (şərik qoşmaq) və təkzib (yalançı qəbul etmək)” kəlmələridə küfr mənasında istifadə olunmuşdur. Bunlardan əlavə “Tuğyan (həddi aşmaq), zülm (haqsızlıq etmək), ism ( günah işləmək) və fisq (haq yoldan ayrılmaq) kəlmələrinə də küfr və inanmayanları bildirmək üçün yer verilmişdir[1]. Küfr edən şəxs Qurani-Kərimdə ən pis canlı olduğu qeyd edilir: «Şübhəsiz, Allah yanında canlıların ən pisi kafir olub daha iman gətirməyən kəslərdir».[2] « Doğrudan da kafir olub küfr halında ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun. Əbədi olaraq onda qalacaqlar. Onların əzabı nə yüngülləşdirilər və nə də onlara ( üzr istəmələri üçün) möhlət verilər»[3].
Küfrün Qurani- Kərimdə işləndiyi mənalar
İmam Sadiq (ə) buyurur: « Küfr Qurani-Kərimdə beş mənada işlənmişdir:[4]
- Bilərəkdən inkar etmək mənasında küfr:
«Elə ki, onlara Allah tərəfindən əllərində olanı (Tövratı) təsdiq edən bir kitab (Quran) gəldi, onlar bundan əvvəl həmişə özlərinin (həmin kitabı gətirəcək peyğəmbər vastəsi ilə) kafirlər üzərində qələbələrindən xəbər verdikləri halda (bütün bunlara baxmayaraq) , bildikləri şey onlara gələn zaman ona küfr etdilər. Odur ki, Allahın lənəti olsun kafirlərə»[5]
- Elimsizlik üzündən inkar mənasında küfr:
«(Məadı inkar edən müşriklər) dedilər: Bizim bu dünya həyatımızdan başqa bir həyat yoxdur; Daim ölürük və dirilirik; Və bizi yalnız zamanın keçməsi öldürür. Onların bu iddiaya bir (dair) bilikləri yoxdur. Onlar yalnız güman edirlər.»[6]
- Bəraət (azadlıq) mənasında küfr:
«və (İbrahim) dedi:həqiqət budur ki, dünya həyatında aranızda dostluğa səbəb olsun deyə siz Allahı yox, bütləri qəbul etdiniz. Sonra-qiyamət günü- sizin bəziniz digərinizi inkar edəcək və bəziniz digərinizə lənət oxuacaqdır. Sizin qalacağınız yer odur və sizə heç bir kömək edən olmayacaq»[7]
- İlahi əmirləri tərk etmək mənasında küfr:
«Onda aşkar nişanələr İbrahimin məqamı vardır. Kim ora daxil olsa amandadır. Allahın insanların boynuna düşən haqqı budur ki, o evə gedərək oranın həcc əməllərini yerinə yetirsinlər. Kim nankorluq etsə, həqiqətən Allahın aləmdəkilərə ehtiyacı yoxdur.»[8]
- Nemətin şükrünü etməmək mənasında küfr»:
«bu Rəbbimin fəzlindəndir və məni yoxlamaq üçündür ki, görsün şükürmü edirəm, ya nankorluq (naşükürlük) ? və kim şükür etsə, öz xeyrinə şükür edər və kim naşükürlük etsə, (bilsin ki,) Rəbbim həqiqətən, onun şükrünə möhtac deyil və kərəm sahibidir.»[9]
Aziz Aguistin günahın təbiətini araşdırarkən bunun əsasında yaranmışların Tanrıdan üz çevirmək olduğunu qeyd edir: Onlar mütləq varlıqdan üz çevirib nisbi varlıqlara yönəlirlər. Belə bir günahın təkəbbürdən başqa daha gözəl adı ola bilməz.Şəxsin diqqət etməsi gərəkənə diqqət etməyib, bütünlüklə öz nəfsinə yönəlməsi pis bir şeydir[10].
Kəlamçılara görə küfrün növləri
Kəlamçılar küfrü ortaya çıxma forması və səbəbi baxımından dördə ayırıblar:[11]
- A.Küfrü inkari
Allahı, peyğəmbərləri və onların gətirdikləri əsasıları şəxsin qəlbi ilə təsdiq, dili ilə iqrar etməməsidir.
- B.Küfrü cühud
Qəlbən Allahın ilah olduğunu bildiyi halda bu həqiqəti dili ilə söyləməməsi və inanc əsaslarını qəbul etməməsidir[12].
- C.Küfrü inadi
Şəxsin Allahın varlığını, birliyini, aləmin yaradıcısı və sahibi olduğunu bilməyinə rəğmən bəzi səbəblərdən dolayı-məqam, mövqe, həsəd, əkəbbür və s.-iman etməməkdə inad etməsidir
- D.Küfrü nifaq
Şəxsin inanması lazım olan inancları dili ilə iqrar etdiyi halda qəlbi ilə təsdiq etməməsidir. Allah quranda bu haqda belə buyurur: “Münafiqlər sənin yanına gəldikdə deyərlər: «Şəhadət veririk ki, həqiqətən, sən Allahın Rəsulusan.» Allah bilir ki, sən Onun Rəsulusan və həm də Allah şəhadət verir ki, həqiqətən, münafiqlər yalançılardır.”[13]. Digər bir ayədə də belə buyurulur:“Şübhəsiz münafiqlər odun ən aşağı təbəqəsindədirlər və onlar üçün əsla bir yardımçı tapmayacaqsan”[14].
Əlfaz-i Küfr
Əlfaz-i Küfrlə bağlı əsərlərdə küfrə aparan söz və ifadələri əsasən beş başlıq altında toplayıblar.
- A.Uluhiyyətlə bağlı olanlar
Allahın zatı, sifətləri və feilləri haqqında tövhid inancına zidd olan bir inanca sahib olmaq. Həmçinin Uluhiyyətə ait hər hansı bir xüsüsu məsğərə etmək.
- B.Nübüvvətə dair olanlar
Peyğəmbərlərdən birini inkar, məsğərə edən və vəhilərini yalanlayan ifadələr,həm çinin namaz, oruc, zəkat, həcc və cihad kimi ibadətləri peyğəmbərin öyrətdiyi şəkildə qəbul etməməyi, hər hansı bir insanı və ya ona ait görüşləri peyğəmbərdən üstün göstərməyi ifadə edən sözlər.
- C.Quranla əlaqəli olanlar
Quranın tamamını və ya bir qismini inkar edən, qurandakı iman, ibadət, hüqüq və əxlaq mövzuları ilə əlaqəli məlumatların yanlış və çatışmamazlığını önənə çıxardan, halalı haram, haramı halal sayan ifadələr və quranın İlahi kəlam olmadığını ifadə edən sözlər.
- D.İslam elmi və alimlərinə dair olanlar
İslami elmlərə və islam alimlərinə yönəlik tavır alıb dinin yayılmasına yönəlik olan xidmətlərə mane olacaq sözlər, İslamı təmsil etdikləri üçün alimlər haqqında təhqiramiz (alayıcı və küçümseyici) ifadələr[15].
- E.Küfrü gərəkdirən söz və ya davranışın xoş qarşılanması
Küfrü gerəkdirən söz və ya davranışın xoş qarşılanması. Misal olaraq din və ya dini dəyərlərin məsğərə edilməsini sözlə və ya feli olaraq xoş və müsbət qarşilamaq[16].
- F.Müxtəlif mövzulara aid olanlar
Bura qiyasa əsaslanaraq və ya müxtəlif (ilazmi) yollara əsaslanaraq ortaya çıxan küfr ifadələriaitdir. Misal olaraq, zalım bir dövlət başçısına ədalətli demək küfr sözü qəbul edilmişdir. Çünki islamın haram buyurduğu zülmü dolayı yolla halal kimi təqdim etmək mənasına gəlir.
Həmçinin bax
Ədəbiyyat
- Özcan Hanifi, “Matüridiye göre-iman-islam-ihsan və küfür ilişkisi”, D.E.Ü. İlahiyat Fakultəsi Dergisi, N.8, İzmir,1994, s.179-205.
- MustafaSinanoğlu, Küfür, TDV İslam Ansiklopedisi, Ankara: İSAM yayınları, 2002, cild, 26, s. 534.
- Məhəmməd bin Yaqub Kuleyni, Usulu kafi, Tehran, Darul kutubil islamiyyəti, h.ş 1365, cild, 2, s. 389-390.
- Thomas Oshalıghnessy (tər. Kara Ömer), “ Allaha yabancılaşma; Şirk”, Yüzüncü yıl üniversitesi ilahiyat fakultesi dergisi, N. 2, 1998, s. 372.
- Arif Yıldırım “İslami iman objelerinin bölünmezliği”, Atatürk Üniversitesi İlâhiyat Fakültesi Dergisi, N. 24, 24, Erzurum, 2005, s. 19.
- Ahmet Saim Klavuz , “Elfaz-i Küfür”, TDV İslam Anskıopedisi, İstanbul: İSAM yayınları, 1995, cild, 11, s. 26-27.
- Murad Sərdar, Harun Işık, Sistematik Kelam, Kimlik yayınları, cild,1, 2018, s. 132.
İstinadlar
- Mustafa Sinanoğlu, Küfür, TDV İslam Ansiklopedisi, Ankara: İSAM yayınları, 2002, cild, 26, s. 534.
- Ənfal, 8\55
- Bəqərə,2\161,162
- Məhəmməd bin Yaqub Kuleyni, Usulu kafi, Tehran, Darul kutubil islamiyyəti, h.ş.1365,cild,2, s.389-390
- Bəqərə,2/89
- Casiyə,45/24
- Ənkəbut,29/25.
- Ali-İmran,3/97
- Nəml,27/40
- Thomas Oshalıghnessy (tər. Kara Ömer), “ Allaha yabancılaşma; Şirk”, Yüzüncü yıl üniversitesi ilahiyat fakultesi dergisi,N. 2, 1998,s.372
- Mustafa Sinanoğlu, Küfür,TDV İslam Ansiklopedisi,Ankara: İSAM yayınları,2002,cild,26,s.535-536
- Arif Yıldırım “İslami iman objelerinin bölünmezliği”, Atatürk Üniversitesi İlâhiyat Fakültesi Dergisi,N.24,24,Erzurum,2005,s.19
- Munafiqun, 63\1
- Nisa,4\145
- Ahmet Saim Klavuz,“Elfaz-i Küfür”,TDV İslam Anskıopedisi,İstanbul:İSAM yayınları,1995,cild,11, s.26-27
- Murad Sərdar,Harun Işık,Sistematik Kelam,Kimlik yayınları,cild,1,2018,s.132
Xarici keçidlər
İslam Fiqhində Əhli Kitabın və Müşrüklərin pak və nəcis olması