Köyörqəze rayonu

Köyörqəze rayonu (başq. Көйөргәҙе районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Ermolayevo kəndidir.

Köyörqəze rayonu
Көйөргәҙе районы
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

52°42′08″ şm. e. 55°48′14″ ş. u.


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 31 yanvar 1935
Sahəsi
  • 2.235 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 22.612 nəf. (1 yanvar 2019)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu 34757
Poçt indeksi 3533ХХ
Rəsmi sayt
Köyörqəze rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Rayon Başqırdıstanın cənubunda, Orenburq vilayəti ilə həmsərhədə yerləşir. Rayonun sahəsi 2.370 km²-dir. Rayonun ərazisi Ümumi Sırtın şimal hissəsində, hündürlüyü 400 m-ə qədər olan sahəni əhatə edir. İqlimi mülayim kontinental, isti və quraqdır. Hidroqrafik şəbəkə Aqidel çayı və onun qolları olan Meleuz, Böyük Yuşatır, Böyük Kuyurqaz və Kiçik Yuşatırla təmsil olunur. Ərazisində əsasən qara torpaqlar yayılmışdır. Palıd, cökə, ağcaqayın və digər enliyarpaqlı meşələr talalar şəkilində ərazinin 7% -ni tutur. Faydalı qazıntılardan qaz və neft, qonur kömür yataqları ilə təmsil olunur. Kvars qumları, qips, qum, gil və çınqıl yataqları vardır. Rayon sənaye və kənd təsərrüfatı istiqamətlidir. Rayonun 190,8 min hektar ərtazisi kənd təsərrüfatı təyyinatı üzrə istifadə olunur (rayon ərazisinin 80,5% -i). Bunun 124,7 min hektarı əkin sahələri, 57,9 min hektarı otlaq, 8,3 min hektarı biçənəklərdir. Taxılçılıq, çuğundur, günəbaxan becərilməsi, ətlik və südlük maldarlıq, qoyunçuluq inkişaf etmişdir.

Ufa - Orenburq və Novomuraptalovo - Tulqan dəmir yolu, R-240 Ufa - Orenburq, İra - Maqnitoqorsk, Ermolayevo - Fedorovka avtomobil yolları rayon ərazisindən keçir.

Tarixi

Rayon 31 yanvar 1935-ci ildə mərkəzi Ermolayevo kəndi olmaqla qurulur. 13 yanvar 1965-ci ildən Kumertau rayonu adlandırılır və mərkəzi Kumertau şəhəri olur. 29 avqust 1990-cı ildə mərkəz Ermolayevo kəndinə köçürülür. 17 dekabr 1992-ci ildən rayon indiki adını alır.

Əhalisi

Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə[2]:

2024 - 22,57 min nəfər.

2035 - 20,6 min nəfər.

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıyaalmasına görə: başqırdlar - 42,6%, ruslar - 32,7%, tatarlar - 14,6%, çuvaşlar - 7,3 %, digər millətlərdən olanlar - 2,8%[3].

Yerli özünü idarəetmə

Köyörqəze rayonu ərazisinə 12 kənd inzibati vahidliyinə ümumilikdə 84 yaşayış məntəqəsi daxildir.

Təhsil

Rayonda 23 ümumtəhsil məktəbi, o cümlədən 13 orta məktəb, musiqi və idman məktəbi vardır.

İstinadlar

  1. Численность населения муниципальных образований Республики Башкортостан. 2019. S. 62.
  2. "Стратегия пространственного развития Российской Федерации на период до 2025 года (проект)" (PDF). 2018-12-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-23.
  3. "Итоги Всероссийской переписи населения по Республике Башкортостан. Т.5" (pdf). Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан. 2013-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-20.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.