Kövsər
Kövsər (fars. کوثر, “şimşək”)[1], ABŞ istehsalı olan F-5 Northrop qırıcılarının[2][3] modernizasiya edilmiş versiyası. Təyyarə təkmilləşdirilmiş yanğına nəzarət sistemi ilə bərabər, yeni dördüncü nəsil avioniklər ilə təchiz edilmişdir.[1][4]
Kövsər | |
---|---|
| |
Tipi | Çoxməqsədli qırıcı |
İstehsalçı | İran |
Dizayner | İran Təyyarə İstehsalı Zavodu (HESA) |
İlk uçuş | avqust 2018 |
İstismara verilmə tarixi | noyabr 2018 |
Status | İstismarı davam edir |
İstismarçılar | İran HHQ |
İstehsal ili | 2018 - hal-hazırkı dövr |
Buraxılış sayı | təqribən 7 ədəd |
Baza modeli | Northrop F-5, HESA Azarakhsh, HESA Saeqeh |
Vikianbarda əlaqəli mediafayllar |
Qərbin mütəxəssisləri təyyarənin döyüş qabiliyyətlərinin zəif olduğunu, lakin İran Aviasiya Sənayesi üçün təcrübə nöqteyi-nəzərindən ciddi bir irəliləyiş olduğunu bildirirlər.[5] İran Dövlət Kanalının verdiyi məlumatlara görə təyyarə inkişaf etdirilmiş “rəqəmsal məlumat şəbəkəsi” və yanğına nəzarət sistemi ilə təchiz edilmiş və “yüzdə-yüz yerli istehsaldır”.[6] Eyni zamanda təyyarə rəqəmsal məlumat şəbəkəsi, şüşədən pilot kabinəsi, pilotun başının üstündə yerləşən ekran (HUD), ballistik kompüterlər və ağıllı mobil xəritəçəkmə sistemlərindən istifadə edir.[7][8]
İnkişaf
3 noyabr 2018-ci ildə, İran Təyyarə İstehsalı Sənayesi Şirkətində Kövsər quraşdırma xəttinin açılışını başladan və ən azı yeddi ədədi istehsal edilmiş olan tədbir keçirilmişdir.[9] Açılış mərasiminə birbaşa olaraq İran prezidenti olan Həsən Ruhani gəlmişdir.[10] Müəssisə İsfahanda yerləşir və açılış mərasimi Müdafiə Sənayesi Günü münasibətilə təşkil edilmiş olan tədbirlər silsiləsinin bir parçası olmuşdur.[11]
Açılış mərasimindən bir gün sonra İran HHQ-yə məxsus olan bir ədəd Northrop F-5 təyyarəsinin açılış günündə qəza etdiyi xəbərləri yayılmışdır,[12] lakin qəzanın yeni yaradılmış olan model ilə əlaqədar olub-olmaması haqqında məlumat verilməmişdir.
Tənqidi
İran mətbuatı bildirirdi ki, Kövsər qırıcıları üçün baza modeli ABŞ istehsalı olan Northrop F-5 təyyarələri olmuşdur, eyni zamanda müsəlman bir millət[13] tərəfindən hazırlanan ilk döyüş təyyarəsi olduğu üçün təyyarə dördüncü nəsil döyüş təyyarəsi mükafatına layiq görülməlidir.[14]
İranın xaricində olan media qrumları Kövsəri F-5-in köhnəlmiş bir versiyası kimi qəbul edərək ona istehza edilmişdir. Tayvan istehsalı olan AIDC AT-3 ilə müqayisələr edilmişdir.[15][16][17]
IISS-in hərbi aviasiya üzrə böyük zabiti olan Douglas Barrie bildirir ki, iranlılar F-5 qırıcısını baza modeli olaraq götürdükləri bu təyyarədə yeniliklər və dəyişikliklər həyata keçirmişdirlər.[18] Ayrıca olaraq o bildirir ki, İran reaktiv mühərriki əldə edə bilməmişdir, buna görə də köhnə mühərriklərdən və elektron vasitələrdən istifadə etmişdir.[19]
Bununla da, İran hərbi embarqolara məruz qaldığı ABŞ-dən həm də intellektual mülkiyyət oğurlamışdır.
İxracı
26 noyabr 2018-ci ildə İran Aviasiya Sənayesi Təşkilatının (IAIO) rəhbəri olan Abdoklarim Banitarafi bildirmişdir ki, İran Kövsər təyyarələrini ixrac etməyə hazırdır və bu haqda Rusiya, Çin və İndoneziya ilə danışıqlar aparılır.[20]
Dizayn
Kövsər təyyarələri də, HESA Saeqeh və HESA Azarakhsh qırıcıları kimi F-5 qırıcılarının baza modeli əsasında hazırlanmışdır.[21]
Variantları
Kövsərin biroturacaqlı və cütoturacaqlı versiyaları istehsal edilir.[7]
İstinadlar
- "New Fighter Jet Unveiled By Iranian Military". Forces Network. British Forces Broadcasting Service. 21 August 2018. 21 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 August 2018.
- "Iran unveils new domestically-produced fighter jet". BBC. 21 Aug 2018. 4 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 Aug 2018.
- "Eyeing U.S., Iran unveils new fighter jet". Reuters. August 22, 2018. August 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 26, 2018.
- "European Defence Review magazine". European Defence Review magazine. 2018. 19 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 August 2018.
- Iran's New Warplane Seen Limited as Weapon, Useful for Training Arxivləşdirilib 2022-04-03 at the Wayback Machine, Michael Lipin, Farhad Pouladi at globalsecurity.org, August 25, 2018
- "Iran starts mass-producing locally designed Kowsar fighter jet". Al Jazeera. 3 November 2018. 9 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 November 2018.
- "Iran unveils first domestic fighter jet". Presstv.com. 21 August 2018. 21 August 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 August 2018.
- "PressTV-Iran launches mass-production of Kowsar interceptor jet". www.presstv.com. 10 December 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 December 2018.
- "Iran launches production of F-5-derived Kowsar fighter - Jane's 360". www.janes.com. 2018-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 December 2018.
- Dudley, Dominic. "Iran's 'New' Fighter Jet Provokes Derision, As Observers Note Likeness To U.S. Jet From The '60s". Forbes. 2018-08-21. 2020-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-08.
- "Iran launches mass-production of Kowsar "fourth-generation" fighter jet". Air Recognition. November 7, 2018. July 25, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 7, 2018.
- "Iranian F-5 jet crashes southwest Tehran days after unveiling native 'Kowsar' jet". Kurdistan 24. 26 August 2018. 25 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 August 2018.
- "Le chasseur supersonique Kowsar produit en masse". Presstv.com. 3 November 2018. 21 November 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 November 2018.
- "Iran-chasseur-iranien-Kowsar-avion-dentrainement-". Presstv.com. 21 August 2018. 4 February 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 February 2019.
- Lockie, Alex. "Iran's new jet fighter looks like a big joke - but its real purpose could save Iran's air force". Business Insider. 2018-08-23. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-08.
- "Iran's 'new' fighter clone of 1950s-era US jet, highlights tech woes". The Week. 2018-08-21. 2021-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-08.
- "Iran unveils new Kosar advanced jet trainer". defence-blog.com. 15 April 2017. 25 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2019.
- Reid, David. "Military experts say Iran's new fighter jet is actually a US plane from the 1970s". www.cnbc.com. 22 August 2018. 5 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2019.
- "Iran's first indigenously developed fighter jet looks a lot like the American F-5". The Defense Post. 21 August 2018. 25 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2019.
- "Official: Iran says ready to export fighter jets". Presstv.com. 26 November 2018. 23 December 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 November 2018.
- AFP. "Israel mocks Iran's 'indigenous' fighter jet as copy of obsolete F-5". The Times of Israel. 2018-08-21. 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-08.