Kötüklü
Kötüklü — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
Kötüklü | |
---|---|
40°56′ şm. e. 47°43′ ş. u. | |
Ölkə |
![]() |
Rayon | Qəbələ rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 668 (2009) nəfər |
|
Coğrafiyası
Burada meyvəçilik inkişaf edib. Fındıq sahələri, şabalıd ağacları əkilmiş bağlar daha çoxdur. Təbii ki, quru meyvələrdən gəlir artdıqca kənddə iri buynuzlu mal-qaranın çoxalması və arıçılığın inkişafı da müşahidə olunur. Telefon xətti çəkilib, sayğaclaşmadan sonra fasiləsiz enerji təminatı, yəni işıq problemi həll edilib. Artezian quyuları qazılıb. Artıq müasir səviyyədə texniki avadanlıqlarla təchiz edilən yeni məktəb binası da məktəblilərin ixtiyarındadır.[1]
Toponimikası
Kötüklü oyk, sadə. Qəbələ r-nunun Mıxlıqovaq i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi vaxtilə əkin məqsədilə ağaclardan təmizlənmiş Kötüklü adlanan sahədə salındığı üçün belə adlandırılmışdır.[2]
Əhalisi
- 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 668 nəfər əhali yaşayır.[3]
Həmçinin bax
Xarici keçidlər
- İnzibati Ərazi Vahidləri Arxivləşdirilib 2017-07-29 at the Wayback Machine
İstinadlar
- Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629