Körpübaşı (Trabzon)

Körpübaşı — Trabzon elinin bir ilçəsidir.

Körpübaşı
40°48′31″ şm. e. 40°07′25″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 6.401 nəf. (2018)
Körpübaşı xəritədə
Körpübaşı
Körpübaşı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sürmənə, Araklı və Çaykara mahalları arasında qalar. 1998-ci ildə Körpübaşının Beşköy diyarında əlim bir sel fəlakəti olmuş və 40 küsər türk vətəndaşı həyatını itirmişdir. Mərhum Adnan Qəhvəçi, mərhum Rəcəb Yazıcıoğlu və Mustafa Sait Yazıcıoğlu bu mahala bağlı Beşköy diyarının yetişdirdiyi dövlət adamlarıdır. Milli futbolçu Fateh Təkkə bu mahalda doğulmuşdur.

Tarix boyunca bir çox nazirlər və vəkillər yetişdirmişdir.

Tarixi

Körpübaşı mahalının tarixçəsi və ilk yerləşmələr haqqında elmi məlumat yox deyiləcək qədər azdır. Əldəki tarixi məlumatlara görə Trabzon və havalısının Orta Asiyadan gələn qövmlər tərəfindən məskunlaşdırılması ilə, əvvəl sahil şeridi, daha sonra da Körpübaşı məskunlaşdırılmışdır.

Köprübaşını ilk məskunlaşdıran qövmlər gur meşələr arasında Günəşdən bir yer taparaq bura yerləşmişlər. İlk məskunlaşdırılan bu yerlər əvvəlcə Günəşdən ar, daha sonra GÜNEŞARA adını almışdır. Bugünkü Cücərtili, Gündoğan və Akpınar Məhəllələri ilə Cütə Körpü, Günəşli (GÜNEŞERA) Kəndi adı altında tək muxtarlıq olaraq 1929-cu ilə qədər davam etmişdir. Körpübaşı 1929-cu ildə 15 kənddən ibarət olan mahala çevrilmişdir. Cücərtili, Akpınar və Gündoğan Məhəllələrinin tüzəl şəxsiyyətlərinin birləşdirilməsi ilə 1965-ci ildə KÖPRÜBAŞI BƏLƏDİYYƏSİ qurulmuşdur. 5 may 1990 tarixində 3644 saylı qanunla Sürmənə Mahalından ayrılaraq yeni bir mahal olaraq qurulmuş olub; 12 avqust 1991 tarixində ilk Baş məmuru vəzifəyə başlamışdır.

Məhəllə və kəndlərin mahal mərkəzinə uzaqlıqları:

Beşköy 3 km
Arpalı Kəndi 27 km
Çifteköprü Kəndi 5 km
Günəşli Kəndi 7 km
Yağışlı Kəndi 7 km
Akpınar Məhəlləsi -
Cücərtili Məhəlləsi -
Gündoğan Məhəlləsi -
Qonaqlı Məhəlləsi 4 km
Küçükdoğanlı Məhəlləsi 5 km
Yılmazlar Məhəlləsi 7 km
Dağardı Məhəlləsi 9 km
Emirgan Məhəlləsi 9 km
Büyükdoğanlı Məhəlləsi 15 km

İstinadlar

    Həmçinin bax

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.