Körfəz Əməkdaşlıq Şurası

Körfəz Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası (ing. Cooperation Council for the Arab States of the Gulf, CCASG; ərəb. مجلس التعاون لدول الخليج العربیة) və ya qısaca Körfəz Əməkdaşlıq Şurası — altı ərəb ölkəsindən ibarət iqtisadi və ictimai obyektivləri olan beynəlxalq iqtisadi birlik. Birlikdə iştirak edən Ərəb ölkələri nümayəndələrinin ümümi razılığı ilə rəsmi sənədlərdə birliyin adında "Fars" sözü işlənmir.

Körfəz Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası
CCASG
مجلس التعاون لدول الخليج العربیة
Növü Ticarət bloku
Yaranma tarixi 25 may 1981
Rəsmi dili Ərəb dili
Mərkəzi Ər-Riyad
Sədr Əbdül Rəhman İbn Hamad Əl Attiyah
Üzvləri 40,338,196 nəfər
gcc-sg.org/ar-sa/Pages/d…
gcc-sg.org/en-us/Pages/d…
gcc-sg.ae
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

25 may 1981-ci il tarixində qurulan birlik Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb ƏmirlikləriOman dövlətlərindən ibarətdir. Bu ölkələrə tez-tez Körfəz Ölkələri Şurası (Gulf Cooperative Countries) olaraq xitab edilir.

Bu dövlətlər arasındakı iqtisadi razılaşma 11 noyabr 1981 tarixində Ər-Riyadda imzalanmışdır.

Bütün körfəz ölkələri bu birliyin üzvü deyil. İran xüsusilə daxil edilməmişdir və 2003-cü ilə qədər üzv ölkələr İrana qarşı bir təhlükəsizlik baryeri olaraq iştirak etmişdir. Yəmən 2006-cı ildən üzvlük üçün müraciət edib.

Birliyin məqsəd

Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasının üzvlərinin (Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman) məqsədi:

  • İqtisadiyyat, maliyyə, ticarət, gömrük, turizm, qanun yaratma və rəhbərlik kimi sahələrdə bənzər tənzimləmələr qurmaq;
  • Sənaye, mədənçilik, əkinçilik, su və heyvandarlıq sahələrində elmi və texniki irəliləmə;
  • Elmi tədqiqat mərkəzləri qurmaq;
  • Müştərək olaraq ticarət etmək;
  • Xüsusi sektorla bərabərlik;
  • İnsanlar arasında olan bərabərliyi qüvvətləndirmək;
  • 2010-cu ilə qədər "Khaleeji" adi verilən ortaq pul vahidi yaratmaq.

İstinadlar

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.