Kökqamçılılar dəstəsi

Kökqamçılılar dəstəsi (lat. Rhizomastigida ) — Heyvan qamçılıları yarımsinfinə aid olan dəstə.

Kökqamçılılar dəstəsi
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Kökqamçılılar dəstəsi
Beynəlxalq elmi adı
Rhizomastigida
Vikinövlərin loqotipi
Vikinövlərdə
sistematika
Vikianbarın loqotipi
Şəkil
axtarışı

Haqqında

Bu dəstənin nümayəndələrində həm qamçılıların, həm də sarkodinlərin əlamətləri vardır. Buna görə də kökqamçılılar bu iki sinif arasında keçid formalar hesab olunurlar. Kökqamçılılarda nüvə ilə nazik tellərlə birləşən bir və ya bir neçə qamçı olur. Eyni zamanda qamçılarla bərabər yalançı ayaqlar əmələ gətirmək qabiliyyətinə malikdirlər. Kökqamçılılar qamçılarını itirmədən amöbvari hərəkət edirlər. Adətən birnüvəli olurlar. Bakteriyalarla, yosunlar, və ibtidai orqanizmlərlə qidalanırlar. Kökqamçılılar yalnız qeyri-cinsi yolla bölünməklə çoxalırlar. Şirin sularda Mastigamoeba aspera, Actinomonas mirabilis və.s növləri daha geniş yayılmışdır.[1]

Mənbə

B. İ. Ağayev, Z. A. Zeynalova. Onurğasızlar zoologiyası. Bakı , "Təhsil" 2008 , 568 səh

Həmçinin bax

Xarici keçidlər

İstinad

  1. B. İ. Ağayev, Z. A. Zeynalova. Onurğasızlar zoologiyası. Bakı , "Təhsil" 2008 , 568 səh
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.