Kökdimdik pinqvin
Kökdimdik pinqvin, Kökdimdik kəkilli pinqvin və ya Viktoriya pinqvini[3] (lat. Eudyptes pachyrhynchus) — Kəkilli pinqvinlər cinsinə daxil olan növ.
Kökdimdik pinqvin | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Kökdimdik pinqvin |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təsviri
Kökdimdik pinqvinlərin uzunluğu 55–60 sm, çəkisi isə 2–5 kq (orta 3 kq) təşkil edir. Tüklərinin uzunluğu 2,7 sm olur. Başı və bədəni qara rəngdə olur. Ön nahirəsi ağdır.
Yayılması
Yeni Zelandiyanın Stuart, Solander və Cənub adasında yayılmışlar. 1980-ci illərdə sayı 5 000–10 000 cüt olmuşdur. Hazırda isə sayları 1 000–2 500 cüt olaraq qiymətləndirilsədə artımı stabildir.
Həyat tərzi
Əsasən sahil ərazilərində ov edirlər. Qidasının əsasını xərçəngkimilər, kiçik balıqlar təşkil edir. Çoxalma zamanı yuvanı 100 m hündürlükdə qururlar. Qış dönəmini tənha keçirirlər. Ümumilikdə isə ömürlərinin 75 % dənizdə keçirirlər. Hazırda düşmənləri adalara avropalılar tərəfindən gətirilmiş gəmiricilərdir. Əsas düşmənləri suitilər və iri balıqlardır.
Çoxalması
Yuvanı açıq yerdə qurmurlar. Yuvaları qayalıqlarda, oyuqlarda salınır. Erkəklər yumurta qoyulan yerə iyulda gəlirlər. Bu isə dişilərdən iki ay öncə baş verir. Yumurta qoyma 4–6 həftə davam edir. Balaların yumurtadan çıxmasından 2–3 həftə müddətində erkək yuvanı qoruyur. 75 gün müddətində balalar artıq dənizdə üzə bilirlər.
İstinadlar
- IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
- World Bird List (ing.): IOC World Bird List. 6.4 IOU, 2016. doi:10.14344/IOC.ML.6.4
- Гладков Н. А., Рогачева Э. В., Сыроечковский Е. Е. Надотряд Плавающие птицы (Impennes) // Жизнь животных. Том 6. Птицы / под ред. В. Д. Ильичева, И. В. Михеева, гл. ред. В. Е. Соколов. — 2-е изд. — М.: Просвещение, 1986. — С. 37. — 527 с.