Kökayaqlılar

Kökayaqlılar(lat. Rhizopoda) protozoylar aləminə daxil olan tip. Bu tipə aid olan heyvanlar yalançı ayaqların köməyi ilə hərəkət edir, həm də qidasını yaxalayır.

Kökayaqlılar
Elmi təsnifat
Ranqsız:
Amorphea
Tip:
Amoebozoa
Sinifüstü:
Kökayaqlılar
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı
ITIS  43849
FW  71294

Əksər kökayaqlıların bədəni çanaq və ya skeletə malikdir. 4 dəstəyə bölünür: amyöb, heliozoykimilər, foraminiferlər, şüalılar.

Kökayaqlılar əsasən sahildən tutmuş ən dərin yerlərə qədər sularda yaşayırlar. Xəzər dənizində 16 növ foraminifer, 3 növ heliozoy və 10 növ amyöb yaşayır. Foraminiferlər (Foraminiferida). İbtidai heyvanlara daxil olub, bədəni çanağın daxilində yerləşir.

Azərbaycanın şirin sularında yaşayan 14 növ amyöb məlumdur.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.