Köhnəkənd (Gədəbəy)
Köhnəkənd (əvvəlki adı: Qaraqoyunlu) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Dəyirmandağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Gədəbəy rayonunun Gərgər kənd Sovetinin Köhnəkənd kəndi Dəyirmandağ kənd Sovetinin tərkibinə verilmişdir.[1]
Köhnəkənd | |
---|---|
40°33′59″ şm. e. 45°41′48″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Toponimikası
Kəndin keçmiş adı Qaraqoyunlu olmuşdur. Yaşayış məntəqəsi qədim Göyçə mahalının yanında yerləşən Qaraqoyunlu mahalından ermənilərin zorla didərgin saldığı azərbaycanlı ailələr tərəfindən salınmışdır. 1919-cu ildə yaxınlığındakı Yenikənd kəndi bina edildikdən sonra bu kənd Köhnəkənd adı ilə tanınmışdır.[2]
Coğrafiyası və iqlimi
Kənd dağlıq ərazidə yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 572 nəfər əhali yaşayır.[3]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İstinadlar
- "Azərbaycan Respublikası Biləsuvar, Bərdə, Qusar, Yardımlı, Yevlax, Gədəbəy, Göyçay, Lənkəran, Masallı, Neftçala, Saatlı, Samux, Siyəzən və Xızı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı". 29 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 August 2022.
- Köhnəkənd (Gədəbəy) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629