Köhnə Alvadı məscidi
Köhnə Alvadı məscidi — Azərbaycanın Masallı rayonunun Köhnə Alvadı kəndində yerləşən tarixi-memarlıq abidəsi.[1].
Köhnə Alvadı məscidi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Masallı |
Yerləşir | Köhnə Alvadı |
Tikilmə tarixi | 1998 |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | yaxşı |
|
Tarixi
1998-ci ildə kənd əhalisi tərəfindən inşa edilmişdir. Həcminə görə bölgənin ən iri məscidlərindən sayılır. Məscidin uzunluğu 36, eni 18 metrdir. Ümumi sahəsi 648 kv.metr olan bu məsciddə eyni vaxtda 600 nəfər sərbəst namaz qıla bilər. Məscid 2 minbərdən və 2 minarədən ibarətdir. Burada su, kanalizasiya və ən müasir istilik sistemi quraşdırılmışdır. Məsciddə Dövlət Komitəsindən qeydiyyatdan keçmiş dini icma fəaliyyət göstərir.
İstinadlar
- "Masallı rayonu, Köhnə Alvadı kənd məscidi — scwra.gov.az saytı". 2017-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-12.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.