Köhnə Alvadı
Köhnə Alvadı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Banbaşı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Köhnə Alvadi kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[1] Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Köhnə Alvadı kəndi Banbaşı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Köhnə Alvadı kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]
Köhnə Alvadı | |
---|---|
39°02′51″ şm. e. 48°38′18″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 9 m |
Saat qurşağı | |
|
Toponimikası
Kəndin qədim adı Alvadı olmuşdur. XIX əsrdə bu kənddən yeni yaşayış məntəqəsi yarandıqdan sonra əvvəlki kənd Köhnə Alvadı, yeni məntəqə isə Təzə Alvadı adlandırılmışdır. Yerli əhalinin dediyinə görə, bu ərazi qırmızı lalələrlə örtüldüyündən onu Alvadi (qırmızı çöl) adlandırmışlar.[3]
Əhalisi
Əhalisi 3699 nəfərdir.[4]
İstinadlar
- "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
- "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
- Köhnə Alvadı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.