Juqderdemidiyn Qurraqça
Juqderdemidiyn Qurraqça (monq. Жүгдэрдэмидийн Гүррагчаа; rus. Жугдэрдэмидийн Гуррагча, 5 dekabr 1947[1], Qurbanbulaq[d], Bulqan vilayəti) — kosmosa uçuş etmiş ilk monqol və ikinci asiyalı.[2] O, 2000–2004-cü illər arasında Monqolustanın Müdafiə naziri olmuşdur.
Juqderdemidiyn Qurraqça | |
---|---|
monq. Жүгдэрдэмидийн Гүррагчаа | |
Doğum tarixi | 5 dekabr 1947[1] (76 yaş) |
Doğum yeri |
|
Milliyyəti | Monqol |
İxtisası | Kosmos mühəndisi |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, kosmonavt |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Erkən həyatı və kosmonavtika
Juqderdemidiyn Qurraqça 1947-ci il, 5 dekabr tarixində Monqolustanın şimalında yerləşən Qurbanbulaq bölgəsində anadan olmuşdur. Ulan-Batorda kosmik mühəndislik üzrə təhsil aldıqdan sonra hərbi hava qüvvələrinə qoşulmuş və general-mayor rütbəsinə kimi yüksəlmişdir.
1978-ci ilin, 1 martında səkkizinci "Interkosmos" layihəsinə üzv seçilmişdir. O, Maydarjavin Qanzoriqin əvəzetməsi idi. Qanzoriqin gedə bilməməsi səbəbilə proqramda Qurraqça iştirak etmişdir. Sovet kosmonavtı Vladimir Canibekov ilə birlikdə Beykonur kosmodromundan 22 mart, 1981-ci il tarixində Salyut 6 kosmik aparatı ilə orbitə çatdılar. Canibekov və Qurraqça orada bir sıra təcrübə apardılar. Kosmosda 7 gün, 20 saat, 42 dəqiqə qaldıqdan sonra onlar Qazaxıstanın Jezkazqan şəhərinə eniş etdilər.
Uçuşdan sonra
1981-ci ilin 30 martında Juqderdemidiyn Qurraqça Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.[3] Ulan-Batorun cənubunda yerləşən, Rusiya-Monqolustan dostluğunun şərəfinə ucaldılmış "Zaysan" memorialının divarında Qurraqçanın 1981-ci il kosmik uçuşundan görüntülər öz əksini tapmışdır.
Müdafiə naziri olmamışdan qabaq o, Monqolustan Silahlı Qüvvələrinin hava müdafiəsinin qərargahının rəisi vəzifəsində çalışmışdır. Hal-hazırda evlidir və 2 övladı var.
İstinadlar
- Deutsche Nationalbibliothek Record #102466533X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- "Man-In-Space Firsts". 2021-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-22.
- (rus.) Biography Arxivləşdirilib 2012-02-12 at the Wayback Machine at the website on Heroes of the Soviet Union and Russia