Junkers Ju 87
Junkers Ju 87 digər adıyla Stuka (Sturzkampfflugzeug), Junkers firması tərəfindən İkinci dünya müharibəsi zamanı Alman Hava Qüvvələri üçün istehsal edilən yüngül bombardman təyyarəsi.
Junkers Ju 87 | |
---|---|
| |
Tipi | Yüngül Bombardmançı təyyarəsi |
Hazırlayan | Junkers |
İstehsalçı | Junkers |
Dizayner | Hermann Pohlmann |
İlk uçuş | 17 Sentyabr 1935 |
İstismara verilmə tarixi | 1936 |
İstimarının bitmə tarixi | 1936 |
Status | xidmət xarici |
İstismarçılar | |
Buraxılış sayı | 6,500 |
Vikianbarda əlaqəli mediafayllar |
Əsas xüsusiyyətləri qağayı şəklindəki yuxarıya doğru qalxmış qanadları, sabit eniş təkərləri və şığıdığı zaman düşmən təyyarələrini qorxudan sirenaları . Almanların, İldırım Döyüşü (Blitskriq) taktikasını tərk etdiyi 1943-cü ilə qədər təsirli olaraq istifadə edilmişdir. 1936–1944 arasında 6.000-dən çox Stuka istehsal edilmişdir
Konstruksiya
Stukalar İldırım döyüşü (Blitskriq) zamanı üçün istehsal edilmişdir. Başlıca vəzifəsi Alman zirehli vasitələrinin sürətli irəliləyişini təmin etmək üçün düşmən zirehli vasitələrini və toplarını, tanksavar kimi müqavimət nöqtələrini məhv etməkdir. Stuka təsirli və məqsədəuyğun bir təyyarə olmasına qarşı yavaş, zırehsiz və düşmən qırıcılarına qarşı müdafiəsiz idi. Bunun üçün çox vaxt qırıcı təyyarələrinin qoruması altında uçurdular. Stukalar döyüş boyunca davamlı inkişaf etdirilmişdilər. Ju 87G modelində sirenalar çıxardılmış onun yerinə 37mm'lik toplar qoyularaq bir tanksavar təyyarəsinə çevrilmişdir.
Stukalar hədəfə hücum etmədən əvvəl yüksəkdən uçmaq və hədəf göründükdən sonra 90 dərəcəyə yaxın bir bucaq ilə hədəfə şığıyıb bombalarını buraxmaq üzrə nəzərdə tutulmuşdur. Hücum əsnasında aviators yüksək yer çəkilişi gücünə məruz qaldıqları üçün müqavimətini itirə bilirdi və bu təyyarənin yerə dəyməsinə yol açırdı. Bundan ötəri Stuka'lar hücum əsnasında yerə çox yaxınlaşdıqları zaman özlərini düzəltmə qurğusuna sahib idilər.
Hərb ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |