Juan Manuel
Con Manuel (port. João Manuel) (3 iyun 1537[1] – 2 yanvar 1554[1], Lissabon[1]) — Portuqaliya kralı III Con və Avstriyalı Ketrinin yetkinlik yaşına çatan yeganə oğlu, Portuqaliya infantı.
Juan Manuel | |
---|---|
port. João Manuel | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 iyun 1537[1] |
Vəfat tarixi | 2 yanvar 1554[1] (16 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri |
|
Sülalə | Avis sülaləsi |
Atası | III Con |
Anası | Avstriyalı Ketrin |
Həyat yoldaşı |
|
Uşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Con Manuel 3 iyun 1537-ci ildə Evora sarayında dünyaya gəldi. Atası Portuqaliya kralı III Con, anası isə Kastiliyalı Yuanna və Habsburqlu Filipin ən kiçik qızı Ketrin idi. Özündən öncə dünyaya gələn 4 qardaşı körpə yaşlarında vəfat etdiyi üçün hələ 2 yaşında ikən 1539-cu ildə Portuqaliya taxtının vəliəhdi — infant elan edildi. Bununla yanaşı səhhəti olduqca zəif idi. Yaxın qohumluq əlaqələri olan İspaniya və Portuqaliya monarx ailələri arasında baş tutan evliliklər gənc infantın zəif səhhətinin başlıca səbəbi olaraq görülür.
11 yanvar 1552-ci ildə Con Manuel həm dayısı, həm də bibisi qızı olan Avstriyalı Yuanna ilə evləndirildi. Ancaq çox keçmədən 2 yanvar 1554-cü ildə Con Manuel vəfat etdi. Onun ölüm səbəbi vərəm və ya diabet olaraq göstərilir. Ölümündən cəmi 18 gün sonra hamilə olan xanımı bir oğul övladı — gələcəkdə Portuqaliya kralı olan Sebastiyanı dünyaya gətirdi.
Mənbə
- Liss, Peggy K. (10 November 2015). Isabel the Queen: Life and Times. University of Pennsylvania Press. p. 11. ISBN 9780812293203
İstinadlar
- Deutsche Nationalbibliothek Record #1023825341 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- Lundy D. R. João Manuel de Aviz, Principe de Portugal // The Peerage (ing.).