Jozef Bonapart

Jozef Bonapart — (İtalyanca:Giuseppe Bonaparte; İspanca:José I Bonaparte) (7 yanvar 1768[1][2][…] və ya 176828 iyul 1844[1][2][…] və ya 1844, Florensiya[3]) - Napoleon Bonapartın ən böyük qardaşı. Qardaşı tərəfindən 1806–1808-ci illər arasında Neapol Kralı və 1808–1813-cü illər arasında da (I Joze adı ilə) İspaniya kralı elan olunmuşdur. Napoleon Bonapartın devrilməsindən sonra Jozef özünü Survilliers Qrafı kimi adlandırmışdır.

Jozef Bonapart
fr. Joseph Bonaparte
Şəxsi məlumatlar
Doğum tarixi 7 yanvar 1768(1768-01-07)[1][2][…] və ya 1768
Vəfat tarixi 28 iyul 1844(1844-07-28)[1][2][…] və ya 1844
Vəfat yeri
Sülalə Bonapartlar
Atası Karlo Bonapart
Anası Letizia Ramolino
Hərbi xidmət
Rütbəsi general

Təltifləri Knight of the Order of the Golden Fleece "Fəxri legion" ordeninin Böyük xaçı Serafimlər ordeni Royal Order of the Two-Sicilies
Monoqram Monoqramın şəkli
İmzası İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Qardaşları kimi Jozef də Fransada respublika idealına bağlanmışdı. Vətənpərvər lider Paskuale Paolinin Korsikaya hakim olması ilə adadan ayrılaraq Fransaya sığınmaq məcburiyyətində qaldı. 1796-cı ildə İtaliya səfərinin başlanğıcında Napoleonu müşayiət etdi. Sardiniya ilə aparılan və Çerasko atəşkəsi ilə nəticələn danışıqlarda iştirak etmişdi. Daha sonra isə Korsikanı geri qaytarmaq üçün aparılan yürüşə qatıldı; adada idarəçiliyin yenidən bərpa olunmasına kömək etdi. Direktoriya rəhbərliyi tərəfindən əvvəl Parma Hersoqluğuna (1796), daha sonra da Romaya elçi olaraq təyin olundu. 1797-ci ilin sonlarında isə Parisə geri qayıtdı, Beşyüzlər Şurasında Korsikanı təmsil etdi.

Jozefin, Napoleon Bonapartın 18 Brumayre (1799-cu il 9 noyabr) çevrilişinə çox az köməyi dəydi. Dövlət Şurası və Qanunvericilik Orqanı üzvü olaraq 1800-cü ildə, Mortfontaynedə ABŞ ilə müqavilə imzaladı. 1801-ci ildə Avstriya ilə Fransa arasında Luneville müqaviləsi ilə nəticələnən danışıqlara sədrlik etdi. Napoleon Bonapartın Avropanı tamamilə müharibədən kənar elan edən Amyens müqaviləsindən (1802) əvvəl ingilis səfiri Lord Kornuelsi ilə danışıqları davam etdirən fransız heyətində vəzifə aldı. Amma bir il sonra İngiltərə ilə Fransa arasındakı münasibətlər gərginləşdi Jozefin diplomatik səyləri boşa getdi.

Napoleon Bonapartın həyatı boyu birinci konsul sifəti ilə əldə etdiyi hakimiyyətinə, öz varisini təyin etməsinin vacibliyi problemi iki qardaş arasında mübahisəyə səbəb oldu (1802-ci il 1 avqust). Napoleonun varisi olmadığı üçün Jozef ən böyük qardaşı olaraq özünün varis olması tələbini irəli sürdü. Halbuki Napoleon, Lui Bonopartın oğlunun varis olmasının lazım olduğunu irəli sürürdü. 1804-cü ilin mayında Napoleonun imperator elan olunması ilə münaqişə daha da dərinləşdi. Jozef, Fransa taxtı üzərindəki bütün iddialarından imtina etməsi şərtilə onun Lombardiya krallığına gətirmə istiqamətində Napoleonun etdiyi təklifi geri çevirdi.

Napoleonun Almaniyada olduğu zaman bir il ərzində fransız hökumətinə rəhbərlik edən Jozef, 1806-cı ildə Burbonlar sülaləsini devirmək məqsədilə Neapola göndərildi. Elə həmin ildə imperatorluq fərmanı ilə Neapol kralı elan edildi. Orada feodalizmin qalıqlarını təmizlədi; monastır təriqətlərində islahatlar həyata keçirdi; ədliyyə, maliyyə və təhsil sistemlərini yenidən təşkil etdi.

Napoleon, 1808-ci ildən sonra Jozefin idarəçiliyini get gedə bəyənməməyə başladı. İspaniya kralı olamqla bağlı Neapoldan geri çağrılan Jozef, üsyançı ispanların Baylednə fransız qüvvələrini yeniləmələri ilə əlaqədar olaraq, Madriddən ayrılmaq məcburiyyərində qaldı. 1808-ci ilin sonunda Napoleon tərəfindən yenidən İspaniya taxtına yerləşdirildi. Amma Napoleondan asılı vəziyyətə düşdüyü üçün dörd dəfə taxtdan ayrılmaq istəyini bildirdi.

1814-cü ilin martın 30-da Müttəfiq qoşunları Parisə çatanda, Jozef, əgər çarəsiz qalarsa təcavüzkarlarla atəşkəs imzalamaq üçün geridə Marşal Marmontu buraxaraq qaçdı. Yüz Gün (1815) zamanında mühüm rol oynamadı. Napoleonun Rochefortda təslim olmasından sonra ABŞ-yə getdi, 1830-cu ildə Napoleonun oğlu Reyxstadt hersoqunun Fransa taxtı üzərindəki iddialarının qəbul olunmaması üçün məsələ qaldırdı. Daha sonra İngiltərəyə getdi; bir müddət Genuyada, son dəfə isə Florensiyada oldu.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.