Joze Qratsiano da Silva
Joze Qratsiano da Silva (port. José Graziano da Silva; d. 17 noyabr 1949) — Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 8-ci Baş direktoru.
Joze Qratsiano da Silva | |
---|---|
port. José Graziano da Silva | |
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 8-ci Baş direktoru | |
1 yanvar 2012 – 31 iyul 2019 | |
Əvvəlki | Jak Diuf |
Sonrakı | Qu Dongyu |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Təhsili | San-Paulu Universiteti |
Fəaliyyəti | aqronom, iqtisadçı, universitet müəllimi[d], siyasətçi, beynəlxalq forum iştirakçısı[d] |
Uşağı | 2 |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
grazianodasilva.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
17 noyabr 1949-cu ildə anadan olmuşdur.
Joze Qratsiano da Silva bir müddət Braziliyanın Kampinas Dövlət Universitetində dərs demiş və İqtisadiyyat İnstitutunun İqtisadi İnkişaf və Ətraf Mühit üzrə Magistr və Doktorluq Proqramlarına rəhbərlik etmişdir[2].
O, 30 ildən artıq ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı məsələləri sahəsində çalışmışdır[2]. 2001-ci ildə Braziliyanın "Sıfır Aclıq" proqramını hazırlayan komandaya rəhbərlik etmişdir[2]. 2003-cü ildə Braziliyada Ərzaq Təhlükəsizliyi və Aclıqla Mübarizə üzrə xüsusi nazir olmuşdur[2].
26 iyun 2011-ci ildə 26 üzv ölkənin nümayəndələrindən ibarət konfransda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru vəzifəsinə seçilmiş və 2012-ci ildə baş direktor mandatını qəbul edəndən bəri təşkilatın daxilində böyük transformasiya dəyişikliklərinə rəhbərlik etmişdir[2].
Mükafatları
25 may 2015-ci ildə ona Bakı Dövlət Universitetinin Fəxri doktoru adı verilmişdir[2].
İstinadlar
- Deutsche Nationalbibliothek Record #131764942 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru BDU-nun fəxri doktoru olub - FOTOSESSİYA. apa.az, 25.05.2015 (az.)