JonDo
JAP (JonDo Anonim Proksisi) — proqramının başlıca təyinatı internet istifadəçilərinin onlayn kimliyini ziyarət etdikləri saytlardan, internet xidmət provayderinizdən və internet bağlantını izləyən hər kəsdən gizlətməkdir. JAP bunu "Mixes" (Qarışıqlar) sistemindən istifadə etməklə reallaşdırır[1]. Belə ki, istifadəçilərin məlumatları internetə çatmazdan öncə digər JAP istifadəçilərinin məlumatları ilə qarışdırılır. Əgər istifadəçi JAP anonimlik xidmətini aktivləşdiribsə və internetdən məlumat əldə etmək istəyirsə, həmin istifadəçinin sorğusu kodlaşdırılır, sonra isə çoxlu sayda qarışıqlardan ibarət "Mix Cascade" (Qarışıq şəlalə) adlı sistem vasitəsilə filtrasiya olunaraq həmin istifadəçinin internet bağlantısındakı kimlik məlumatları digər istifadəçilərin kimlik məlumatlarının müxtəlif hissələri ilə qarışdırır[2]. Ən sonda isə istifadəçinin sorğusunun şifrəsini açaraq ona anonim olaraq istədiyi məlumatı əldə etməyə imkan verir[3].
JonDo | |
---|---|
Müəllif | JonDos GmbH |
Proqramlaşdırma dili | Java |
Əməliyyat sistemi | Cross platform |
İnterfeysin dili | Java |
Platforma | JVM |
Lisenziya | BSD lisenziya |
Sayt | anonymous-proxy-servers.net |
Vikianbarda əlaqəli mediafayllar |
Həmçinin bax
İstinadlar
- "Arxivlənmiş surət". 2022-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-10.
- "Arxivlənmiş surət". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-10.
- "Arxivlənmiş surət". 2005-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-10.