John J. Harvey

John J. Harvey (Con Cey Harvi kimi tələffüz olunur) ― Nyu-York şəhərinin yanğınsöndürmə şöbəsinə məxsus olmuş yanğınsöndürmə gəmisi. O, daha çox 11 sentyabr 2001 terror hücumlarından sonra xidmətə qayıtması ilə məşhurdur.[1][2] Dəqiqədə 18.000 galon su pompalaya bilən, indiyə qədər qurulmuş ən güclü yanğınsöndürmə gəmilərindən biridir.

John J. Harvey yanğınsöndürmə gəmisi

1931-ci ildə istifadəyə verilən John J. Harvey yanğınsöndürmə şöbəsində nəzərə çarpan tarixi var idi. Yanğın zamanı bir gəminin partlaması nəticəsində həyatını itirən dəniz yanğınsöndürəni Con Cey Harvinin şərəfinə adlandırılmışdır. Yardıma çatdığı dəniz yanğınları yerləri arasında 1932-ci ildə Cunard Line pirsi, 1942-ci ildə Normandi və 1943-cü ildə El Estero,[3] bundan başqa o, 1966-cı ildə "Alva Cape" və "Texaco Massachusetts" neft tankerlərinin toqquşması nəticəsində yaranan yanğının söndürlməsində iştirak etmişdir. Onun son istifadə olunma illərində nişanı "Marine 2" idi.

John J. Harvey 1999-cu ildə hərracda dəniz mühafizəçilərinin xüsusi konsorsiumuna satıldı. 2000-ci ilin iyun ayında Milli Park Xidmətinin Tarixi Yerlərin Milli Reyestrinə əlavə edildi. Onun indiki sahibləri onu hərtərəfli bərpa ediblər və çayda tez-tez pulsuz gəzintilər təşkil edirlər. Hazırda Hudzon çayı üzərindəki 12-ci prospekt və 26-cı küçədə yerləşən "Norz River 66" pirsinə bağlanıb.

İstinadlar

Qeydlər

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.