Joan Qamper kuboku
Joan Qamper kuboku (kat. Trofeu Joan Gamper) — Barselona futbol komandası tərəfindən hər il avqust ayında mövsüm başlamazdan əvvəl təşkil edilən yoldaşlıq oyunu turniri.[1] Barselona komandasının yaradıcısı, oyunçusu və ilk prezidenti olan Joan Qamperin şərəfinə təşkil edilən turnir klubun ev oyunlarını keçirdiyi Kamp Nou stadionunda oynanılır. Turnir ilk dəfə 1966-cı ildə həmin dövrdə Barselonanın prezidenti Enrik Llaudet tərəfindən təşkil edilmişdir.[2] Qalib gələn komandaya 10 kq ağırlığında olan mərmər qaidənin üzərinə olan, beş mikrometr qalınlığında qızıl ilə örtülən, 800 qram ağırlığında olan gümüş kubok verilir.[3]
Açılış ili | 1966 |
---|---|
Komandaların sayı |
4 (1966-1996) 2 (1997-ci ildən) |
Son çempion | Barselona (44-cü dəfə) |
Ən uğurlu klub | Barselona (44 dəfə) |
TV yayımçıları |
TV3 Televisió de Catalunya, Barça TV |
Veb səhifəsi | Barselona FK |
Başlanğıcda turnirdə 4 komanda iştirak edirdi. Bu dövrdə turnirdə iki yarımfinal, üçüncülük matçı və final oyunu keçirilirdi. 1966-cı ildə təşkil edilən ilk turnirdə Barselona ilə yanaşı Belçikadan Anderlext, Fransadan Nant və Almaniyadan Köln iştirak etmişdir. Finalda Kölnü 3–1 məğlub edən Barselona kubokun ilk sahibi olmuşdur. Kubokun finalında məğlub olan Köln 1978 və 1981-ci ildə kuboku qazanmışdır. 1979-cu ildə isə finalda məğlub olmuşdur. Bu nailiyyətlə Köln ev sahibi Barselonadan sonra kuboku birdən çox qazanan yeganə komandadır. Bir sonrakı kuboka başqa bir ispan futbol klubu Atletiko Madrid, Almaniyadan Bayern Münhen və Argentinadan Boka Xuniors dəvət edilmişdir. Boka Xuniors turnirə dəvət edilən ilk Cənubi Amerika komandası olmuşdur. Avropa xaricində kuboka qatılıb qələbə qazanan yeganə komanda 1982-ci ildə kuboku qazanan Braziliya klubu İnternasionaldır.
Turnirə ən çox qatılan Bundesliqa komandaları olsa da, son illərdə daha çox İtaliya A Seriyası komandaları dəvət olunur. Barselonanın La Liqada rəqibləri olan Tenerife və Valensiya 1993 və 1994-cü illərdə bu kuboku qazanmağı bacarmışlar. Kubok 1997-ci ildən etibarən komandaların oyun saylarının artması səbəbiylə bir oyun ilə keçirilir. 90 dəqiqə ərzində oyunda bərabərlik pozulmazsa, əlavə vaxt oynanılmır və birbaşa penalti zərbələri ilə qalib müəyyən olunur.
Qaliblər və finallar
- Qalib komandaların penalti zərbələri nəticəsində müəyyənləşdirilən oyunlar (p) ilə göstərilmişdir.
- Qalib komandaların əlavə vaxt nəticəsində müəyyənləşdirilən oyunlar (ə.v.) ilə göstərilmişdir.
# | İl | Qalib | Nəticə | İkinci | Üçüncü | Nəticə | Dördüncü |
---|---|---|---|---|---|---|---|
1 | 1966 | Barselona | 3–1 | Köln | Anderlext | 7–0 | Nant |
2 | 1967 | Barselona | 2–1 | Atletiko Madrid | Boka Xuniors | 1–0 | Bayern Münhen |
3 | 1968 | Barselona | 5–4 | Flamenqo | Atletik Bilbao | 3–1 | Verder Bremen |
4 | 1969 | Barselona | 2–1 | Real Saraqosa | Slovan Bratislava | 2–1 | Estudiantes |
5 | 1970 | Uypeşt | 3–1 | Dinamo Moskva | Barselona | 1–0 | Şalke 04 |
6 | 1971 | Barselona | 1–0 | Çaçarita Xuniors | Honved | 2–0 | Bayern Münhen |
7 | 1972 | Borussiya Münxenqladbax | 3–2 | ÇSKA Sofiya | Barselona | 0–0 (p) | Vasko da Qama |
8 | 1973 | Barselona | 2–2 (p) | Borussiya Münxenqladbax | San Lorenzo de Almagro | 1–1 (p) | Deportivo Munisipal |
9 | 1974 | Barselona | 4–1 | Reyncers | Atletik Bilbao | 1–0 | Ayaks |
10 | 1975 | Barselona | 2–1 | Feyenoord | Spartak Trnava | 1–1 (p) | Uypeşt |
11 | 1976 | Barselona | 2–0 | Ayntraxt Frankfurt | Sparta Praqa | 1–1 (p) | MOİK Moskva |
12 | 1977 | Barselona | 4–1 | Şalke 04 | Boka Xuniors | 2–1 | Slovan Bratislava |
13 | 1978 | Köln | 5–0 | Rapid Vyana | Barselona | 3–2 | Botafoqo |
14 | 1979 | Barselona | 3–2 (ə.v.) | Köln | Anderlext | 2–2 (p) | Sürix |
15 | 1980 | Barselona | 2–1 | Vasko de Qama | River Pleyt | 0–0 (p) | PSV Eyndhoven |
16 | 1981 | Köln | 4–0 | Barselona | Vasko de Qama | 2–1 | İpsviç Taun |
17 | 1982 | İnternasional | 3–1 | Mançester Siti | Barselona | 1–1 (p) | Köln |
18 | 1983 | Barselona | 2–1 | Borussiya Dortmund | Anderlext | 4–2 | Nottingem Forest |
19 | 1984 | Barselona | 3–1 | Bayern Münhen | Boka Xuniors | 3–1 | Aston Villa |
20 | 1985 | Barselona | 3–1 | Hamburq | Ayaks | 4–2 | Rapid Vyana |
21 | 1986 | Barselona | 1–0 | PSV Eyndhoven | Tottenhem Hotspur | 2–1 | Milan |
22 | 1987 | Portu | 2–0 | Bayern Münhen | Barselona | 3–2 | Ayaks |
23 | 1988 | Barselona | 3–1 | Styaua Buxarest | Penyoral | 3–3 (p) | PSV Eyndhoven |
24 | 1989 | Mexelen | 2–0 | Soşo | Barselona | 1–0 | İnternasional |
25 | 1990 | Barselona | 3–1 | Anderlext | PSV Eyndhoven | 2–1 | Spartak Moskva |
26 | 1991 | Barselona | 3–0 | Marsel | İnternasional | 2–0 | Rapid Vyana |
27 | 1992 | Barselona | 2–0 | Feyenoord | Brügge | 3–3 (p) | ÇSKA Sofiya |
28 | 1993 | Tenerife | 3–1 | Barselona | Bordo | 2–0 | Hayduk Split |
29 | 1994 | Valensiya | 4–1 | Barselona | PSV Eyndhoven | 2–1 | Breşia Kalsio |
30 | 1995 | Barselona | 5–1 | San Lorenzo de Almagro | Feyenoord | 3–2 | ÇSKA Sofiya |
31 | 1996 | Barselona | 2–1 | İnter Milan | Anderlext | 3–2 | San Lorenzo de Almagro |
32 | 1997 | Barselona | 2–2 (p) | Sampdoriya | 1997-ci ildən etibarən cəmi 2 komanda iştirak edir. | ||
33 | 1998 | Barselona | 2–2 (p) | Santos | |||
34 | 1999 | Barselona | 2–1 | Sportinq Lissabon | |||
35 | 2000 | Barselona | 2–1 | PSV Eyndhoven | |||
36 | 2001 | Barselona | 3–2 | Parma | |||
37 | 2002 | Barselona | 1–0 | Srvena Zvezda | |||
38 | 2003 | Barselona | 1–1 (p) | Boka Xuniors | |||
39 | 2004 | Barselona | 2–1 | Milan | |||
40 | 2005 | Yuventus | 2–2 (p) | Barselona | |||
41 | 2006 | Barselona | 4–0 | Bayern Münhen | |||
42 | 2007 | Barselona | 5–0 | İnter Milan | |||
43 | 2008 | Barselona | 2–1 | Boka Xuniors | |||
44[4] | 2009 | Mançester Siti | 1–0 | Barselona | |||
45[5] | 2010 | Barselona | 1–1 (p) | Milan | |||
46[6] | 2011 | Barselona | 5–0 | Napoli | |||
47 | 2012 | Sampdoriya | 1–0 | Barselona | |||
48[7] | 2013 | Barselona | 8–0 | Santos | |||
49[8] | 2014 | Barselona | 6–0 | Leon | |||
50 | 2015 | Barselona | 3–0 | Roma | |||
51[9] | 2016 | Barselona | 3–2 | Sampdoriya | |||
52 | 2017 | Barselona | 5–0 | Şapekoense | |||
53 | 2018 | Barselona | 3–0 | Boka Xuniors | |||
54 | 2019 | Barselona | 2–1 | Arsenal | |||
55 | 2020 | Barselona | 1–0 | Elxe | |||
56 | 2020 | Barselona | 3–0 | Yuventus |
Qalib komandalar
Komanda | Qazanma sayı |
---|---|
Barselona | 39 |
Köln | 2 |
Uypeşt | 1 |
Borussiya Münxenqladbax | |
İnternasional | |
Portu | |
Mexelen | |
Tenerife | |
Valensiya | |
Yuventus | |
Mançester Siti | |
Sampdoriya |
İştirak edən komandalar
İştirak sayı | Komanda(lar) |
---|---|
56 | Barselona |
6 | PSV Eyndhoven |
5 | Anderlext, Bayern Münhen, Köln, Boka Xuniors |
3 | San Lorenzo, Sampdoriya, Rapid Vyana, İnternasional, Vasko de Qama, ÇSKA Sofiya, Milan, Ayaks, Feyenoord |
2 | Şalke 04, Borussiya Münhünqladbax, Uypeşt, İnter Milan, Atletik Bilbao, Slovan Bratislava, Santos, Yuventus |
1 | Çacarita Xuniors , Estudiantes, River Pleyt, Roma, Brügge, Mexelen, Botafoqo, Flamenqo, Hayduk Split, Sparta Praqa, Aston Villa, İpsviç Taun, Nottingem Forest, Tottenhem Hotspur, Reyncers, Atletiko Madrid, Real Saraqosa, Tenerife, Valensiya, Bordo, Marsel, Nant, Soşo, Borussiya Dortmund, Ayntraxt Frankfurt, Hamburq, Verder Bremen, Honved, Breşia Kalsio, Parma, Deportivo Munisipal, Portu, Sportinq Lissabon, Styaua Buxarest, MOİK Moskva, Dinamo Moskva, Spartak Moskva, Srvena Zvezda, Sürix, Spartak Trnava, Penyarol, Napoli, Leon |
Bombardirlər
Yer | Futbolçu | Komanda | Qollar |
---|---|---|---|
1 | Xuan Manuel Asensi | Barselona | 7 |
Çiki Beqiristayn | |||
Hristo Stoiçkov | |||
2 | Xosep Mariya Fuste | 6 | |
Lionel Messi | |||
Marsial Pina | |||
İstinadlar
- Lozano Ferrer, Carles et al
- "Enric Llaudet". FC Barcelona. 3 January 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 August 2010.
- Miguel, J.; Giménez, S. "La gran fiesta culé". SPORT.es (Spanish). Grupo Zeta. 16 August 2008. 21 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 August 2010.
- "Ibrahimovic makes Barcelona debut in Man City loss". USA Today. 19 August 2009. İstifadə tarixi: 9 August 2010.
- "Conquista Barcelona el Trofeo Joan Gamper". La Cronica de Hoy (Spanish). 25 August 2010. 16 January 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 August 2010.
- "Fabregas scores for Barca". ESPN Soccernet. 22 August 2011. 2 November 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 August 2011.
- "FC Barcelona v Santos: Gamper of goals and high hopes (8-0)". fcbarcelona.com. 2 August 2013. 8 January 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 August 2013.
- "FC Barcelona – Club León: NIght full of promise (6-0)". fcbarcelona.com. 18 August 2014. 17 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 August 2014.
- "Barcelona 3-2 Sampdoria: Luis Suarez and Lionel Messi brace help Spanish giants clinch Gamper Trophy triumph". Daily Mail. 10 August 2016. 22 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 August 2016.
Xarici keçidlər
- Lozano Ferrer, Carles; və b. "Trofeo Joan Gamper (Barcelona-Spain) 1966–2008". Rec.Sport.Soccer Statistics Foundation (RSSSF). 19 February 2010. İstifadə tarixi: 9 June 2010.