Jitvatorok müqaviləsi

Jitvatorok müqaviləsi 11 noyabr 1606-cı ildə Osmanlı imperiyası ilə Avstriya hersoqluğu arasında 1593-1606-cı illər Osmanlı-Avstriya müharibəsinə son qoyan sülh müqaviləsidir.

Jitvatorok xatirə abidəsi(Slovakiya)
Jitvatorok müqaviləsi
Müqavilənin tipi Sülh müqaviləsi
İmzalanma tarixi 11 noyabr 1606
İmzalanma yeri Radvaň nad Dunajom, Slovakiya
Qüvvəyə minməsi  
  şərtləri
  • Eqri, EsztergomKanije qalaları Osmanlıların, Raab (Yanikkale) və Komárom qalaları avstriyalıların əlində qalırdı.
  • Avstriya Osmanlı imperiyasına birdəfəlik 200.000 qızıl müharibə təzminatı ödəməliydi.
  • Avstriya hersoqu Osmanlı sultanı ilə bərabər sayılırdı. Osmanlı Sultanı Avstriya hersoquna Müqəddəs Roma İmperatoru (Kaiser və ya Kayzer) titulu ilə müraciət etməli və hər üç ildən bir qarşılıqlı hədiyyələr göndərilməli idi.
  • Avstriyanın malik olduğu Macarıstan torpaqları üçün ödədiyi illik 30.000 duka vergisi ləğv edilirdi.
Tərəflər Osmanlı imperiyası, Habsburq monarxiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Osmanlı imperiyası və Avstriya hersoqluğu 15 il davam edən uzun müharibədən sonra yorulmuşdular. Bundan əlavə, Osmanlı imperiyasında Cəlalı üsyanları başlamışdı. Danışıqlara Dərviş Paşa rəhbərlik edirdi. I Əhməd Avstriya kralının ona bərabər tutulmasını əvvəldən qəbul etməmişdi. Ancaq Cəlali üsyanları və bu şərtin yalnız kağız üzərində qalacağını düşündüyü üçün bu şərti qəbul etmişdi. Sultan I Əhməd və Avstriya adından hersoq II Rudolf tərəfindən, Esterqon və Komorin arasındakı Zsitva çayının Dunay çayına töküldüyü yerdə imzalanmışdır.

Müqaviləyə əsasən:

  • Eqri, EsztergomKanije qalaları Osmanlıların, Raab (Yanikkale) və Komárom qalaları avstriyalıların əlində qalırdı.
  • Avstriya Osmanlı imperiyasına birdəfəlik 200.000 qızıl müharibə təzminatı ödəməliydi.
  • Avstriya hersoqu Osmanlı sultanı ilə bərabər sayılırdı. Osmanlı Sultanı Avstriya hersoquna Müqəddəs Roma İmperatoru (Kaiser və ya Kayzer) titulu ilə müraciət etməli və hər üç ildən bir qarşılıqlı hədiyyələr göndərilməli idi.
  • Avstriyanın malik olduğu Macarıstan torpaqları üçün ödədiyi illik 30.000 duka vergisi ləğv edilirdi.

Zitvatorok müqaviləsi üzdə Osmanlı imperiyasının xeyrinə kimi görünsə də, bu müqavilə Osmanlı imperiyasının artıq əvvəlki qüdrətində olmadığını göstərirdi. Bu müqavilə ilə Osmanlı imperiyasının Mərkəzi Avropadakı üstünlüyünə son qoyuldu. 1533-cü il İstanbul müqaviləsi ilə əldə edilən protokol və hüquq sahəsindəki üstünlük Osmanlı imperiyası üçün sona çatmış və bu iki dövlət və onların hökmdarları hüquq və protokol baxımından bir-birinə bərabər sayılmışdırlar.

Bu müqavilədən sonra Osmanlı imperiyası Avropada əhəmiyyətli bir torpaq sahəsi əldə edə bilməmişdir. Hətta, XVII əsrin sonundan etibarən torpaq itirməyə başlamışdır. Osmanlı diplomatiyası baxımından dönüş nöqtəsidir. Durğunluq dövrünü diplomatiyadakı əksi bu müqavilə ilədir.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.