Jiça
Jiça monastırı (serb. Манастир Жича) ― Serbiyanın Kralevo şəhərinin yaxınlığında 13-cü əsrə aid erkən Serb Pravoslav monastırı. Monastır Serbiyanın birinci kralı, Stefan Nemaniç və Serb Pravoslav kilsəsinin ilk rəhbəri Müqəddəs Sava tərəfindən inşa edilmişdir.
Pravoslavlıq | |
Jiça | |
---|---|
Жича Žiča | |
Din | |
Himayəsi | Serb Pravoslav Kilsəsi |
Ölkə | |
Memarlıq | |
İnşa tarixi | 1207 – 1217 |
Tikdirəni | |
|
|
Saytı | |
zica.org.rs | |
Vikianbarda əlaqəli mediafayllar |
Jiça baş yepiskopun iqamətgahı idi (1219-1253) və ənənəyə görə Serbiya krallarının tacqoyma məkanı idi. Kral hər hansı bir serb kilsəsində tac götürsə belə, Jiçada məsh olunana qədər əsl kral sayılmırdı. Jiça 1979-cu ildə "müstəsna əhəmiyyətli mədəniyyət abidəsi" elan edildi və hal-hazırda Serbiya tərəfindən qorunur.[1] Monastır 2008-ci ildə 800 illik mövcudluğunu qeyd etdi.
Tarix
1219-cu ildə Serbiya kilsəsi imperator I Teodor Laskaris və Konstantinopol patriarxı I Manuel tərəfindən avtokefaliya qazanır və Müqəddəs Sava Serbiyanın ilk baş yepiskopu olur.[2] Monstarı bu dövrdə bütün Serbiya torpaqlarının baş yepiskopunun iqamətgahı olaraq qəbul olunurdu. Müqəddəs Sava böyük qardaşı Stefan Prvovençanini Jiça monastırında "bütün Serbiyanın kralı" olaraq taclandırmışdı.[2]
1221-ci ildə Jiça monastırında Boqomilizmi qınayan sinod keçirildi.[3]
1276-92-ci illər arasında kumanlar monastırı yandırsalar da, Kral Stefan Milutin onu təmir etdirmişdir.
1941-ci ildə Serbiyadakı üsyan zamanı Kraljevo mühasirəsi içərisindəki ilk atışmalar 9 oktyabr 1941-ci ildə günortadan sonra Jiça monastırı yaxınlığında başladı. 10 oktyabrda alman hava qüvvələri beş təyyarə istifadə edərək Jiça Manastırını bombaladı və kilsəsinə əhəmiyyətli dərəcədə zərər verdi.[4] Monastır yaxınlığında döyüş, Almanlar üsyançı xətləri qıraraq monastırı atəşə verdikdə 11 Oktyabrın səhərinə qədər davam etdi.
Qalereya
- Monastır binası
- Jiçadan freska.
- Jiçadan freska.
- Müqəddəs Teodor Stratelates kilsəsi.
Həmçinin bax
İstinadlar
- "Споменици културе у Србији". Spomenicikulture.mi.sanu.ac.rs. 1947-10-25. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-24. (#empty_citation)
- Silvio Ferrari, W. Cole Durham, Elizabeth A. Sewell, Law and religion in post-communist Europe, 2003, p. 295; ISBN 978-90-429-1262-5
- A. P. Vlasto. The Entry of the Slavs Into Christendom: An Introduction to the Medieval ... 2 oktyabr 1970. səh. 222. ISBN 9780521074599. 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-24.
- Nikolić, Kosta. Dragan Drašković, Radomir Ristić (redaktor ). Kraljevo in October 1941. Kraljevo: National Museum Kraljevo, Historical Archive Kraljevo. 2003. səh. 32.