JetBrains

JetBrains (əvvəlki adı IntelliJ Software) — proqram tərtibatçıları və layihə menecerləri üçün alətlər hazırlayan Çex[3] proqram təminatı tərtibatı özəl məhdud məsuliyyətli şirkəti.[4][5] Şirkətin baş ofisi Praqadadır və Çin, Avropa və ABŞ-də ofisləri var.[6]

JetBrains
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye proqram təminatı sənayesi[d], İnteqrasiya olunmuş inkişaf mühiti
Məhsulları IntelliJ IDEA, PyCharm, PhpStorm, CLion[d], Kotlin
Təsis tarixi 2 yanvar 2000[1]
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi kapital
  • 3.657.906.000  (31 dekabr 2021)[2]
Ümumi aktivlər
  • 10.145.044.000  (31 dekabr 2021)[2]
Ümumi gəliri
  • 10.431.527.000  (2021)[2]
Xalis mənfəəti
  • 3.970.609.000  (2021)[2]
Əməliyyat mənfəəti
  • 4.834.809.000  (2021)[2]
Struktur
İşçi sayı
  • 103 nəf. (2021)[2]
jetbrains.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şirkət müxtəlif proqramlaşdırma dilləri üçün inteqrasiya olunmuş inkişaf mühitləri (IDE) təklif edir. 2011-ci ildə Java virtual maşınında (JVM) işləyə bilən Kotlin proqramlaşdırma dilini yaradıb. InfoWorld jurnalı 2011 və 2015-ci illərdə şirkəti "İlin Texnologiyası" mükafatına layiq görüb.[7][8]

Tarixi

2000-ci ildən 2016-cı ilə qədər istifadə olunan loqo

Əvvəlcə IntelliJ Software adlanan JetBrains, 2000-ci ildə Praqada üç rus proqram tərtibatçısı, Sergey Dmitriev, Valentin Kipyatkov və Eugene Belyaev[9] tərəfindən təsis edilmişdir.[10][11][12] Şirkətin ilk məhsulu Java dilində kodun refaktorinqi aləti olan IntelliJ Renamer idi.[5] 2012-ci ildə baş icraçı direktor Sergey Dmitriyevin yerinə Oleq Stepanov və Maksim Şafirov keçdi.[13][14] 2021-ci ildə The New York Times nəşrinin iddiasına görə, naməlum tərəflər SolarWinds kiberhücumlarına və digər geniş yayılmış təhlükəsizlik kompromislərinə səbəb olan zərərli proqramları JetBrains proqram təminatına yerləşdirmiş ola bilər.[15] JetBrains yayımladığı press-relizdə, heç bir hökumət və ya təhlükəsizlik qurumu ilə əlaqə saxlamadıqlarını və "heç bir şəkildə bu hücumda iştirak etmədiklərini" bildirdi.[16] Hücuma məruz qalan şirkətlərdən biri olan SolarWinds-in baş direktoru, "kodun işlənib hazırlanmasını və sınaqdan keçirilməsini sürətləndirən JetBrains tərəfindən hazırlanmış proqram alətlərinin yol olması ehtimalı" barədə soruşdu: "cənab Ramakrişna hələ də heç bir sübut olmadığını söylədi".[17]

2022-ci ildə Rusiya–Ukrayna müharibəsinə cavab olaraq, şirkət Rusiyadakı satış və TƏ-İN fəaliyyətini qeyri-müəyyən müddətə, həmçinin Belarusda satışını dayandırdı.[18][19] Rusiyadakı hüquqi şəxs 21 fevral 2023-cü ildə ləğv edildi.[20]

Həmçinin bax

İstinadlar

  1. Commercial Register.
  2. JetBrains Výroční zpráva za období 1.1.2021 – 31.12.2021 společnosti JetBrains s.r.o.. 2022.
  3. "jet Brains Corporate overview" (PDF). 16 December 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-01-11.
  4. Taft, Darryl K. "JetBrains Ships YouTrack 4.0 Agile Dev Tool". eWeek. 29 June 2012. 24 October 2013 tarixində orijinalından arxivləşdirilib.
  5. Hunger, Michael. "JetBrains Developer Tools". infoQ. 26 November 2010. 15 February 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2013.
  6. "Contact Us". JetBrains (ingilis). 2017-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-09.
  7. staff, InfoWorld. "InfoWorld's 2015 Technology of the Year Award winners". InfoWorld. 26 January 2015. 23 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 January 2021.
  8. "InfoWorld's 2011 Technology of the Year Award winners". InfoWorld. 12 January 2011. 8 March 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 February 2020.
  9. "Java Posse No. 001 – Interview with Rob Harwood of Jetbrains about IntelliJ IDEA". 22 September 2005. 26 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 July 2013.
  10. "IntelliJ Software s.r.o. v likvidaci IČO: 26193264". 7 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 November 2019.
  11. "12th Annual Jolt and Productivity Awards". Dr. Dobb's. 16 July 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 July 2013.
  12. Heiss, Janice J. "JAX Innovation Awards winners reflect the vibrancy of the Java community". Oracle Technology Network. November 2012. 9 August 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2013.
  13. Осипов, Антон. "JetBrains назначила генеральных директоров в Санкт-Петербурге и Мюнхене". Vedomosti. 26 October 2012. 1 September 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2013.
  14. Лаврентьева, Наталья. "Российский поставщик средств разработки для Oracle и HP назначил гендиректорами двух программистов". Cnews.ru. 24 October 2012. 27 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2013.
  15. Perlroth, Nicole; Sanger, David E.; Barnes, Julian E. "Widely Used Software Company May Be Entry Point for Huge U.S. Hacking". The New York Times (ingilis). 2021-01-06. ISSN 0362-4331. 31 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-30.
  16. Shafirov, Maxim. "Statement on the story from The New York Times regarding JetBrains and SolarWinds". 6 January 2021. 7 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 January 2021.
  17. Sanger, David E. "After Russian Cyberattack, Looking for Answers and Debating Retaliation". The New York Times. 24 February 2021. 1 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 July 2022.
  18. "JetBrains' Statement on Ukraine | JetBrains News". The JetBrains Blog (ingilis). 11 March 2022. 4 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-22.
  19. "JetBrains: indefinite suspension of sales and R&D activities in Russia". www.sobyte.net (ingilis). 2022-03-12. 8 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-22.
  20. Nogaeva, K. "Мозги свернулись: в JetBrains закрыли своё последнее юрлицо в Петербурге" [The brains have curdled: JetBrains has closed its last legal entity in St Petersburg] (rus). Delovoy Peterburg. 2023-03-01. 2023-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-02.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.