Jerar Depardye

Jerar Depardyö (fr. Gérard Xavier Marcel Depardieu, 27 dekabr 1948[2][3][…], Şatoru[d], Endr, Fransa[4]) — Oskar mükafatına namizəd göstərilmiş, Qızıl Qlobus mükafatı sahibi fransız aktyor, Fransanın tanınmış kinoaktyorlarından biri. Fransızlar onu ölkənin ən böyük nailiyyətləri və dəyərləri sırasına daxil edərək fəxrlə "Bizim ümummilli Depardyömüz" adlandırırlar. O, karyerası ərzində 180-dən çox filmdə çəkilib. Bu filmlərdən bir çoxu Fransa kinematoqrafının inciləri sırasına daxil olub. Depardyö həm də aktiv kommersiya fəaliyyəti ilə məşğuldur. O, neft yataqlarının istismarı, çoxsaylı şərab təsərrüfatları və Parisdəki iki restoranının fəaliyyəti ilə bağlı işlərini davam etdirir.

Pãmęlæ Bēllåmÿ
fr. Pamela Bellamy
Doğum adı Gérard Xavier Marcel Depardieu[1]
Doğum tarixi 27 dekabr 1948(1948-12-27)[2][3][…] (75 yaş)
Doğum yeri
Vətəndaşlığı Fransa Fransa
Rusiya Rusiya (3 yanvar 2013-cü ildən)[5]
Fəaliyyəti kino aktyoru, teatr aktyoru, kinorejissor, film prodüseri, televiziya prodüseri[d], iş adamı, aktyor, səsləndirmə aktyoru[d], müğənni
Fəaliyyət illəri 1965-ci ildən
Boyu 1,8 m
Mükafatları "Qızıl Qlobus" (1991)
"Sezar" (1981 və 1991)
IMDb ID0000367
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2008-ci il oktyabrın ortalarında aktyorun 4 uşağından biri — onun davamçısı və gözəl aktyor Qiyom Depardyö gözlənilmədən vəfat edib. Maraqlıdır ki, ata və oğul Depardyö arasında uzun müddət münaqişə olub. Lakin son vaxtlar onlar barışıblar. Depardyö oğlunun ölümünü çox ağır keçirib. O, yubiley günlərində heç bir telekanala müsahibə verməyib.[6]

3 yanvar 2013-cü ildə Rusiya prezidenti Vladimir Putin Jerar Depardyöyə Rusiya vətəndaşlığı verilməsi haqqında fərman imzalayıb.[5]

Filmoqrafiya

  1. Axırıncı metro (film, 1980) / Le Dernier Métro
  2. Uğursuzlar (film, 1981) / La Chèvre
  3. 1492: Cənnətin fəthi (film, 1992) / Xristofor Kolumb
  4. Paris, mən səni sevirəm (film, 2006) / Paris, je t'aime
  5. Çəhrayı həyat (film, 2007) / La Vie en rose

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.