Jelka Sviyanoviç
Jelka Sviyanoviç (serb. ; 4 mart 1967[1]) — Bosniya və Herseqovinanın serb əsilli siyasətçisi. 9 noyabr 2018-ci ildən bu yana Serb Respublikasının prezidentidir. 2013-2018-ci illərdə Serb Republikasının Baş Naziri olmuşdur.
Jelka Sviyanoviç | |
---|---|
serb. Жељка Цвијановић | |
Doğum tarixi | 4 mart 1967[1] (57 yaş) |
Uşağı | 2 |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Təhsil
Sarayevo Universitetinin Fəlsəfə Fakültəsində və Banja Luka Universitetinin Hüquq Fakültəsində oxumuşdur.
İngilis dili və ədəbiyyatı professorudur. Diplomatiya və konsulluq hüququ üzrə magistr dərəcəsi almışdır.
Kareyası
Jelka Sviyanoviç Bosniya və Herseqovinadakı AB Monitorinq Missiyasında İngilis dili müəllimi və baş tərcüməçi, köməkçi vəzifələrində çalışmışdır. Daha sonra Serb Respublikası Baş Naziri Milorad Dodikin Avropaya inteqrasiya və beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri üzrə müşaviri vəzifəsini icra edir. Üstəlik koordinasiya və Avropaya İnteqrasiya şöbəsinə rəhbərlik etmişdir.
2010–2014 parlament seçkiləri zamanı Serb Republikası Milli Assambleyasının Avropaya İnteqrasiya və Regional Əməkdaşlıq Komitəsində xarici ekspert olur. 29 dekabr 2010-cu ildə Baş nazir Aleksandr Dzombiçin rəhbərlik etdiyi Serb Respublikası Hökumətində İqtisadiyyat və Regional Əməkdaşlıq Naziri vəzifəsini icra edir. 12 mart 2013-cü il tarixində Serb Republikasının Prezidenti Dodik tərəfindən bu dəfə Cümhuriyyətin yeni Baş Naziri olaraq təyin edilir. Respublikada bu vəzifəni icra edən ilk qadın olur.
2014-cü ildə Bosniyada keçirilən ümumi seçkilərdə Jelka Sviyanoviç hazırkı Müstəqil Sosial Demokratlar Birliyi-Demokratik Xalq İttifaqı-Sosial Partiya koalisiyasına Bosniya və Herseqovinanın Prezidiumuna serb üzvündən namizədliyini verir. Müxalifət namizədi Mladen İvaniçə məğlub olur və Serb Hökumətində Serb Republikasının Baş naziri vəzifəsinə yenidən təyin edilir.
2018-ci il ümumi seçkilərində Jelka Sviyanoviç Serb Republikasının Prezidenti seçilir[2] və 19 noyabr 2018-ci ildə vəzifəsinin icrasına başlayır[3].
Baxışları
Bosniya və Herseqovinadakı hər etnik qrup üçün xüsusi şəxsiyyət vəsiqələrinin istifadəsini dəstəkləyir.
Müharibə qurbanlarına simpatiya bəsləyir və Srebrenitsa üçün maddi köməyi dəstəkləyir.
Şəxsi həyat
Jelka Sviyanoviç Aleksandr Sviyanoviçlə evlidir. Onların iki oğlu var. Atası Bosniya serbi, anası isə xorvat əslidir[4].
Jelka Sviyanoviç 2 aprel 2021-ci ildə Bosniya və Herseqovinada pandemiya dövründə ilk doza COVID-19 vaksinini vurdurmuşdur[5].
İstinadlar
- http://www.predsjednistvobih.ba/biogr/default.aspx?id=37007&langTag=en-US.
- "Okončano brojanje u RS: Cvijanović osvojila 29.999 glasova više od Govedarice" (Bosnian). Klix.ba. 16 October 2018. 7 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2018.
- "Željka Cvijanović na svečanosti preuzela mandat predsjednice RS-a" (Bosnian). Klix.ba. 19 November 2018. 7 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 November 2018.
- Pavković, Jozo. "Srpske premijerke optužene da su ustaške "unučice"". Večernji list (bosniya). 2018-09-18. 2021-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.
- "Željka Cvijanović primila vakcinu protiv koronavirusa" (bosniya). Klix.ba. 2 April 2021. 22 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2021.