Jedi (oyun mühərriki)
Jedi — əsasən Rey Qresko tərəfindən "LucasArts" üçün hazırlanmış oyun mühərriki.[1] "Duke Nukem 3D"də istifadə edilən "Build" mühərrikinə çox bənzəyir. Əsl üçölçülü mühərrik olmasa da, üçüncü ölçüdə (Z) heç bir məhdudiyyət olmadan üçölçülü mühiti dəstəkləyirdi. "Doom"da mühitlər və ya səviyyələr yalnız X–Y müstəvisində mövcud olanlarla məhdudlaşırdı və səviyyələr ikiölçülü şəkildə tərtib edilmişdir. Burada döşəmə və tavan hündürlükləri fərqli görünsə də, sahələr şaquli olaraq üst-üstə düşə bilməzdi. "Jedi" mühərrikinin bir-birinin üstündə olan sahələr və ya otaqları ("sektorlar" adlanır) dəstəkləyirdi.[2] Bu, mühərrikin "Build" mühərriki ilə paylaşdığı bir xüsusiyyət idi. Mühərrikin "Dark Forces" versiyasında renderer eyni vaxtda bir-birinin üstündə yerləşən iki otağı nümayiş etdirə bilmirdi. Bu xüsusiyyət mühərrikin "Outlaws" oyunu üçün olan versiyasına əlavə edilmişdir.
Jedi | |
---|---|
Tipi | oyun mühərriki |
Tərtibatçı | Lucasfilm Games |
Proqramlaşdırma dili | C |
İstinadlar
- Jedi — MobyGames saytında
- "Star Wars: Dark Forces". Internet Video Game Library. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.