Janqlyorluq
Hoqqabazlıq və ya Janqlyorluq (ing. Juggling) - müəyyən bir sayda nəsnəni havada atıb tutan və bu əsnada ən azı bir ədəd nəsnənin hərəkət halında (havada) olmasını təmin edən sirk və ya səhnə sənəti. Janqlyor sözü Azərbaycan dilinə fransız dilindən keçmişdir. Fransız dilində həmin sözü qarşılığı (fr. Jongleur) sözüdür.
Janqlyor öz nümayişləeini həyata keçirən zaman əsasən top, bita, halqa və ya butulkadan istifadə edilir. Janqlyorluq sənəti İntibah dövründən etibarən Avropada geniş yayılmış və inkişaf etmişdir. XV-XVI əsrlərdən etibarən təşkil edilən festival və karnavallarda janqlyorlar araasında müxtəlif yarışlar keçirilmişdir. Qədim Misirdə janqlyorluq idman növü kimi məşhurluq qazanmışdır. Orta əsrlər isə bir peşə kimi formalaşmış və özünə əsasən teatr dünyasının daxilində yer etmişdir. Bu gündə janqlyorluq sənəti isrə hobbi kimi istərsə də peşə kimi dünyanın müxtəlif ölkələrində böyük məşhurluq əldə etməkdədir.