Janna Dark

Janna d'Ark ({{DVTY}} şablonu boşdur ) — Arklı Janna, Fransanın milli qəhrəmanı.

Janna Dark
fr. Jeanne d'Arc

Həyatı

Janna d'Ark 1412-ci il, yanvar ayının 6-da Fransanın şimal-şərqində Məzə çayının kənarında yerləşən Domeremi kəndində anadan olmuşdu. Onun atası Jak d’Ark əkinçiliklə məşğul olurdu, anası İzabelin 5 uşağı vardı. Ortancıl övladları olan Janna ailənin adi uşaqlarından biri idi. Onu o dövrdə həmyaşıdlarından fərqləndirən tək bir amil vardı. Bu da d’Arkın dinə böyük hörmət bəsləməsi və bu məsələdə özünü kilsənin qızğın tərəfdarı kimi göstərməsi idi. Sonralar kilsəyə olan bu sevgisinə görə yaxın yoldaşlarından biri onu "Tanrının və Həzrəti Məryəmin xidmətçisi" adlandırmışdı.

Janna d’Arkın uşaqlıq illəri Fransa ilə İngiltərə arasında davam edən 100 illik müharibənin ən qızğın vaxtına təsadüf etmişdi. 1415-ci ildə İngiltərə kralı V Henri Fransa ordusunu məğlub edərək, ölkəni işğal etdi. Bundan sonra ölkədə ingilislərin vassalları olan Dofinlərin və Burqon əsilzadələrinin hakimiyyəti dövrü başladı.

Bundan sonra xalq arasında Orlean Qızı adlandırılmışdı. Bir sıra qələbə qazanan Janna d`Ark Karlı taxt-taca sahib etdi (1427). 1430-cu ildə ingilislərin müttəfiqi burqundlara əsir düşmüş, onlar da Janna d`Arkı ingilislərə satmışdılar. Ruanda qurulmuş kilsə məhkəməsi Janna d`Arkı küfr və cadugərlikdə təqsirləndirmiş və o, tonqalda yandırılmışdı. 1456 ildə Fransa məhkəməsi ona bəraət qazandırmış, lakin yalnız 1920-ci ildə katolik Kilsəsi Janna d`Arkı müqəddəslər sırasına daxil etmişdir. Fransada mayın 2-ci bazar günü Janna d`Ark günü kimi qeyd edilir (1979-cu ildən). Haqqında ədəbi-bədii əsərlər yaradılmış və filmlər ("Janna d`Arkın iztirabları", 1927) çəkilmişdir. 1965-ci ildə Azərbaycan Dövlət Dram Teatrında "Orlean qızı" (F. Şiller) pyesi tamaşaya qoyulmuşdur.

Ona missiya verilir

Janna d'Ark

Bu dualarınmı və ya başqa şeylərin təsirindənmi o, 12 yaşında ikən qarabasmalar görməyə başladı. Sonralar, özünün də dediyi kimi, guya Tanrı Həzrəti İsanın həvariləri vasitəsilə onunla danışırdı. Bu qarabasmalar zamanı o, parlaq bir işıq görür və Müqəddəs Mikael və Müqəddəs Katerina (Cahtherine) ilə təmaslara girirdi. Bu isə o dövrdə rast gəlinən bir iş deyildi: O ya dəli olmuşdu, ya da görücü idi. Amma hər halda onda digər həmyaşıdlarında olmayan bəzi şeylərin olduğu şübhəsiz idi. Amma o Tanrı ilə nələrdən danışırdı? Təbii ki, Fransanın gələcək taleyindən. Janna, əvvəlcə, özü bu barədə heç kimə danışmırdı. Lakin onun ətrafındakıların dediklərinə görə, Tanrı Jannadan Fransanın işğaldan azad edilməsini və ölkə kralının vəliəhdinin taxta çıxarılmasını istəyirdi. Üstəlik, Tanrı bu missiyanın həyata keçirilməsini d’Arkın üzərinə qoymuşdu.

Dini həssaslığı onu ən cüzi günahlar işləməkdən xilas etmişdi və onun bu halı qarşısında, adətən müəyyən günahlar işləməyi özlərinə ayıb hesab etməyən din xadimlərini belə, çaşbaş salmışdı. Qarabasmalar zamanı Tanri ilə görüşdüyünü söyləyən Janna bunu əvvəlcə gizli saxlayırdı. Lakin 1428-ci ildə onun dediyinə görə, Tanrıdan bunu ətrafındakılara açıb danışmaq və ətrafına tərəfdarlar toplamaq barədə göstəriş aldı. Bundan sonra o, ətrafına tərəfdaşlar toplamaq üçün müqəddəs missiyasından bəhs edən məktublar yazaraq, vəliəhd VII Karla və digər insanlara göndərməyə başladı. Amma o bununla kifayətlənməyərək 1429-cu ilin fevral ayında Domeremi kəndi yaxınlığındakı Vokulyeredə yerləşən kral ordusunun kapitanı Roberu de Borikura müraciət edərək, müqəddəs missiyası barədə ona məlumat verdi və kralla görüşmək arzusunda olduğunu söylədi. Borikur ona yardım etməyi qərara aldı və əvvəlcə, krala məktub yazaraq ona məsələ barədə məlumat verdi. Bunun ardınca isə o, Jannaya kişi paltarı geyinməsini əmr etdi və onu bir neçə silahlı əsgərin müşayiəti ilə mühasirədə olan Orlean şəhərindən 150 kilometr məsafədə yerləşən Şinon qəsrində yaşayan kralın yanına göndərdi. Həmin dövrdə Karl de Pontieu (Charles de Ponthieu) ölkəni öz ardınca ingilislərin üzərinə apara biləcək bir lider deyildi. Fransa su üzərindəki quru bir yarpaq kimi sonu bilinməyən bir istiqamətə sürüklənməkdəydi. Yaxın adamları ilə birlikdə bir qəsrə sığınan kral nə edəcəyini bilmirdi. Əslində onun belə bir vəziyyətdə əlindən gələ biləcək bir işi də yox idi. Fransa ingilislərin ayaqları altında inləyir, ölkə ingilislər üçün kölə kimi çalışırdı. Kralın ingilislərə qarşı savaşa girə biləcək güclü bir ordu təşkil etməsi üçün nə ərzağı, nə də silah-sursatı vardi. Belə bir vəziyyətdə özünü Janna d’Ark kimi təqdim edən cavan bir qızdan krala məktub gəldi. Məktubda yazılmışdı: "Mən Tanrının elçisi Janna d’Arkam. Siz mənə (mənim rəhbərliyim altına) bir ordu verin, mən də sizə Fransanı verim".

Aldığı məktubdan çaşbaş qalan Karl Jannaya dərhal yanına gəlməsini və onunla tanış olmaq istədiyini bildirdi. Janna isə, yuxarıda qeyd etdiyimiz kimi, kapitan Borikurun məsləhəti ilə paltarını dəyişdirərək kişi paltarı geyindi və silahlı əsgərlərin müşayiəti ilə atını kralın sığındığı qəsrə sürdü. Bu arada isə ətrafındakılar krala bu qızın ingilis casusu və ya ən pis halda şeytan ola biləcəyi barədə xəbərdarlıq etdilər. Yeri gəlmişkən, onu da xatırladaq ki, orta əsrlər Avropasında qadınların cadu vasitəsilə şeytanla əlaqəyə girdiyi barədə təsəvvür formalaşmışdı. Nəticədə sonralar minlərlə qadın bu iftiraların qurbanlarına çevrilərək odda diri-diri yandırılmışdılar. Başqa vaxt olsaydı, bəlkə də, VII Karl Jannanı şeytan hesab edəcəkdi. Ancaq indiki halda onun itirəcəyi bir şey yox idi. Ona görə də kral ətrafındakıların məsləhətlərinə fikir vermədən Janna ilə görüşmək istəyindən vaz keçmədi. VII Karl: "Əgər bu gənc qız dediklərində səmimidirsə, onda o dindarlığı və Fransaya olan sevgisi ilə bütün Avropanı silkələyərək ayağa qaldıra bilər",- demişdi.

Həmçinin bax

İstinadlar

    Xarici instinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.