Jan Tirol

Jan Tirol (fr. Jean Tirole; d. 9 avqust 1953) — fransız iqtisadçı. 2014-cü ildə Böyük firmaların bazar gücü və idarəetməsi mövzusundakı tədqiqatlarına görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.[4]

Jan Tirol
fr. Jean Tirole
Jan Tirol, 2007-ci il
Jan Tirol, 2007-ci il
Doğum tarixi
Doğum yeri Fransa Fransa
Vətəndaşlığı Fransa Fransa
Elm sahələri Mikroiqtisadiyyat
Oyunlar nəzəriyyəsi
Sənayenin təşkili
Elmi dərəcələri
İş yerləri
Təhsili
Elmi rəhbəri Erik Meskin
Tanınır Rasional olmayan aktivlik
Kesi-Şiller indeksi
Üzvlüyü
Mükafatları Nobel mükafatı 2014 İqtisadiyyat üzrə Nobel mükafatı
İmza
idei.fr/vitae.php?i=3
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Araşdırdığı sahələr arasında sənayenin təşkili, böyük firmaların idarə edilməsi, oyunlar nəzəriyyəsi, maliyyə, bank işi və iqtisadiyyat psixologiyası əsas yerləri tutur.

Təhsili

Jan Tirol 1976-cı ildə Fransa Politexnik Məktəbindən və daha sonra 1978-ci ildə Paris Yol və Körpü Milli Məktəbindən mühəndislik diplomu almışdır. 1978-ci ildə Paris-Dofin Universitetində doktorluq dərəcəsinə yüksəlmiş və daha sonra 1981-ci ildə ABŞ-də, Massaçusets Texnologiya İnstitutunda İqtisadi nəzəriyyə üzrə esselər (ing. Essays in economic theory)[5] adlı bir doktorluq dissertasiyası müdafiə edərək doktorluq dərəcəsi qazanmışdır.

İşlədiyi yerlər

1981-ci ildə ABŞ-də Massaçusets Texnologiya İnstitutunda doktorluq aldıqdan sonra 1984-cü ilə qədər Paris Yol və Körpü Milli Məktəbində, Fransada araşdırmaçı olaraq çalışmışdır. 1984-1991-ci illərdə Massaçusets Texnologiya İnstitutunda iqtisad professoru vəzifəsini yerinə yetirmişdir və bu gün də həmin universitetdə "qonaq professor" olaraq fəaliyyət göstərməkdədir. 1994-1996-cı illərdə Politexnik məktəbində (fr. École Polytechnique) iqtisad professoru olaraq çalışmışdır. Jan Jak Laffont ilə birlikdə Tuluzada yeni bir "İqtisad məktəbi" qurma layihəsi üzərində birlikdə işlər görmüş və bu yeni Tuluza İqtisad məktəbini qurmuşdur.

1992-ci ildən günümüzə qədər Tuluza Universitetində çalışır. 1995-ci ildə Ekonometrika Cəmiyyətinə, 2002-ci ildə isə Avropa İqtisadiyyat Cəmiyyətinə sədrlik etmişdir. O, həmçinin Fransa Baş Nazirliyi İqtisadi Analiz Şurasının üzvüdür.

Əsərləri

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.