Jan Qarbarek
Jan Qarbarek (4 mart 1947[1][2][…]) —Polyak əsilli Norveç cazmeni.
Jan Qarbarek | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 4 mart 1947[1][2][…] (77 yaş) |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, cazmen, saksofonçu[d], səsyazma sənətçisi[d] |
Fəaliyyət illəri | 1966-cı ildən |
Janr | caz[3] |
Musiqi alətləri | saksofon[3] |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları | |
garbarek.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Jan Qarbarek 1947-ci il martın 4-də Norveçin Misin əyalətində anadan olub. Valideynləri bura vaxtilə Polşadan gəliblər.
Qarbarek nəinki Avropada, həmçinin ABŞ-da da tanınmış ilk norveçli cazmendir. Onun adı bu ölkənin ən məşhur sənətçilərinin çoxundan daha tez-tez çəkilir. Avropada özünəməxsus caz musiqisinin yaranması ilk növbədə onun adı ilə bağlıdır. Jan Qarbarek Avropa cazının liderlərindən biri, ötən əsrin 70–80-ci illərində isə çox güman ki, yeganə lideri olub. Sənətçinin saksofonunun saf, müstəqil, ciddi səsi asanlıqla seçilir. Qarbarek Norveç xalq folkloru ilə sıx bağlı olsa da, hər hansı eksperimentlər üçün açıqdır -onun Afrika və Asiya musiqi mədəniyyətlərinə ekskursları çox məşhurdur.
Jan uşaq yaşlarında musiqi ilə heç maraqlanmırdı. Bütün balaca oğlanlar kimi, o da dostları ilə futbol oynamağı, xizək sürməyi xoşlayırdı,
amma yaxşı deyiblər ki, bəzən bir gün insanın bütün həyatı dəyişir. Məhz belə günlərin birində Jan dərsdən evə qayıdandan sonra radioda bir musiqi eşitdi.
Qarbarek həmin günü belə xatırlayır: "Bunun nə olduğunu bilmirdim, lakin eşitdiyim musiqi məni vəcdə gətirdi. Bu, Norveç radiosunun o vaxtlar həftədə bir dəfə efirə çıxan "caz saatı" verilişində axırıncı pyes idi. Mən dərhal mağazaya gedib bir neçə caz plastinkası aldım, amma onlar məni çox məyus etdilər, çünki bu plastinkalar mənim radioda eşitdiyim kimi səslənmirdi. Məhz nə dinlədiyimi öyrənmək üçün əməlli-başlı tədqiqat aparmalı oldum.
O vaxt Qarbarekin 14 yaşı vardı. Musiqiçi özü həmin anı sanki qəflət yuxusundan oyanma anı kimi qiymətləndirir.
Koltreynin təsiri həlledici oldu. Gənc saksofonçu öyrəndi ki, Koltreyn Ravi Şankarın yaradıcılığı ilə maraqlanırdı. Artıq 1963-cü ildə onun əvvəlki maraq dairəsinə Hindistan musiqisinə maraq da əlavə olundu. O özü bu mahnını dinləməyə başladı və yeni bir musiqi dünyası onun üzünə açıldı. Bu elə bir aləm idi ki, onun mövcud olması əvvəllər Qarbarekin heç ağlına da gəlməzdi. Sənətçi ustadının təbliğ etdiyi çalğı alətlərinin qarşılıqlı təsir prinsiplərini, harmonik proqressiyalarını öyrənirdi.
Artıq 1969-cu ildə Qarbarekin öz qrupu vardı. Bir ildən sonra Manfred Ayxer bu qrupu "ECM Records" markası ilə lent yazdırmağa dəvət etdi. ECM-in ikinci reliz albomu buraxıldı. Bu albom həm Qarbarekin özü üçün, həm də onun qrupdakı partnyorlarının hamısı üçün təkan oldu. 23 yaşlı saksofonçu artıq öz stilini yaratdı və buna görə də Koltreynin mirasından uzaqlaşmağa qorxmurdu. Onun qrupu həmin dövr üçün qeyri-adi sayılan, klassik cazla müqayisədə musiqinin səslənməsini nəzərəçarpacaq dərəcədə dəyişdirən elektron prosessorlardan istifadə edirdi. Bu, çox təbii musiqi idi. O vaxt bütün bunlar sadəcə arzular idi.
1972-ci ildə Qarbarekin "Trypticon" adlı solo albomu buraxıldı. Musiqiçi özü bu hadisəni dönüş nöqtəsi adlandırırdı. Bu trio, məsələn, 60-cı illərin ortalarında Albert Eylerlə çıxış edə bilən standart qrupdan cüzi fərqlənirdi, lakin əsas məsələ başqa idi: Qarbarek materialların ifasına özünün improvizəli yanaşmasını qoruyub saxlamaqla yanaşı, birinci olaraq Norveç xalq musiqisini işləməyə başladı. Get-gedə daha məşhur insanlar Qarbareklə tərəf-müqabili olurdular. Qarbarek Kit Carretlə işləməyə başladı. Onu "My Song" adlı gözəl albom çox məşhurlaşdırdı.
Xarici keçidlər
- Biografie und Diskografie Arxivləşdirilib 2006-09-03 at the Wayback Machine
- JazzEcho (RealAudio)
- Jan Garbarek // filmportal.de. 2005.
- Jan Garbarek // Brockhauz Ensiklopediyası (alm.).
- Montreux Jazz Festival Database.
- http://www.musikaliskaakademien.se/omakademien/organisation/ledamoter.39.html.