Jan Qaleazzo Vizkonti
Jan Qaleazzo Vizkonti (it. Gian Galeazzo Visconti; 16 oktyabr 1351[1][2], Paviya – 3 sentyabr 1402[1][2][…], Melenyano[d], Milan əyaləti) — ilk Milan hersoqu.
Jan Qaleazzo Vizkonti | |
---|---|
it. Gian Galeazzo Visconti | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 oktyabr 1351[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 3 sentyabr 1402[1][2][…] (50 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | taun |
Həyat yoldaşları |
|
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
Atası Paviya lordlarından II Qaleazzo Vizkonti, anası isə Savoyya qrafı Eymonun qızı Savoyyalı Biankadır. Atasının vəfatının ardından öncə Paviya lordluğunu, daha sonra əmisi Bernabo Vizkontini devirərək Milan lordluğunu ələ aldı. Dini mərasim əsnasında əmisinə qarşı saray çevrilişi tərtibləyən Jan Vizkonti hakimiyyəti ələ aldı və həbsə atdığı əmisini bir müddət sonra zəhərləyərək öldürdü.
Qısa zamanda Verona, Viçentsa və Padua şəhərləri başda olmaqla, Po çayı sahilindəki geniş torpaqları ələ keçirən Jan Vizkonti 1393-cü ildə Pyaçentsa şəhərini də öz mülklərinə birləşdirdi. 1395-ci ildə ödədiyi 100 min florin qarşılığında Alman kralı Vençeslaus tərəfindən hersoq ünvanı aldı və beləcə, Milan hersoqluğunun əsası qoyuldu.
Ailəsi
Onun ilk evliliyi Fransa kralı II Conun qızı İzabella ilə baş tutdu və bu nikahdan 4 övladı dünyaya gəldi:
- Jan Qaleazzo Vizkonti (4 mart 1366–1376)
- Azzon Vizkonti (1368–4 oktyabr 1381)
- Valentina Vizkonti
- Karlo Vizkonti (11 senatybr 1372–1374)
Onun ikinci evliliyi isə vaxtilə taxtdan endirərək qətlə yetirdiyi əmisi Bernabo Vizkontinin dul qızı Katerina Vizkonti ilə baş tutdu. Onun bu nikahdan dünyaya gələn hər iki oğlu da ölümündən sonra hersoqluğun idarəsində iştirak etmişdir.
Mənbə
- Bueno de Mesquita, D. M. (Daniel Meredith) (2011) [1941]. Giangaleazzo Visconti, Duke of Milan (1351–1402): A Study in the Political Career of an Italian Despot (reprint ed.). Cambridge, UK: Cambridge University Press. ISBN 978-0-521-23455-9
- Tuchman, Barbara Wertheim (1978). A distant mirror : the calamitous 14th century. New York: Knopf. p. 240. ISBN 978-0-394-40026-6
- Hoeniger, Cathleen. The Illuminated Tacuinum sanitatis Manuscripts from Northern Italy ca. 1380–1400: Sources, Patrons, and the Creation of a new Pictorial Genre. in: Givens, Jean Ann; Reeds, Karen; Touwaide, Alain. (2006) Visualizing medieval medicine and natural history, 1200–1550. Ashgate Publishing Ltd. pp. 51–82. ISBN 0-7546-5296-3
- Mueller, Reinhold C. (2019). The Venetian Money Market: Banks, Panics, and the Public Debt, 1200–1500. The Johns Hopkins University Press
İstinadlar
- GIAN GALEAZZO Visconti, duca di Milano.
- Gian Galeazzo Visconti // Historische Lexikon der Schweiz, Dictionnaire historique de la Suisse, Dizionario storico della Svizzera (alm.). Bern: 1998.
- Lundy D. R. Giovanni Galeazzo Visconti, Duca di Milano // The Peerage (ing.).