Jan Mariya Vizkonti (Milan hersoqu)

Jan Mariya Vizkonti (it. Giovanni Maria Visconti; 7 sentyabr 1388[1], Abbiateqrasso[d], Milan əyaləti16 may 1412[1], San Gottardo[d], Milan hersoqluğu[1]) — II Milan hersoqu. Zalımlığı və sui-qəsd nəticəsində öldürülməsiylə tanınır.

Jan Mariya Vizkonti
Şəxsi məlumatlar
Doğum tarixi 7 sentyabr 1388[1]
Doğum yeri
Vəfat tarixi 16 may 1412[1] (23 yaşında)
Vəfat yeri
Dəfn yeri
Atası Jan Qaleazzo Vizkonti[2]
Anası Katerina Vizkonti (Milan hersoqinası)[2]
Həyat yoldaşı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Atası ilk Milan hersoqu Jan Qaleazzo Vizkonti, anası isə onun həm əmisi qızı, həm də ikinci xanımı olan Katerina Vizkontidir. Atasının vəfatının ardından hələ 13 yaşında ikən anasının naibəliyi altında Milan hersoqu elan edildi. Buna baxmayaraq atasının ani ölümü ilə bölgədəki əyanlar və kondottiyerilər taxt mübarizəsinə başladılar. Bu taxt mübarizəsi əsnasında anasından belə şübhələnən Jan Mariya 18 avqust 1404-cü ildə onu Montsada həbs etdirdi. Qısa müddət sonra həbs tutulduğu qalada şübhəli vəziyyətdə vəfat edən anası Katerina Vizkontinin ölümündən məsul tutuldu.

Mərkəzi hakimiyyətə tabe olmaq istəməyən əyanların ən böyük bəhanəsi isə Jan Mariyanın dövlət idarəsindən xəbərsiz olması və qəddarlığı ilə hər kəsi can qorxusuna salması idi. Edama məhkum edilən şəxsləri parçalaması üçün xüsusi itlər bəsləməsiylə məşhur olan Jan Mariya özünə tərəfdar toplamaq məqsədilə 1408-ci ildə Rimini lordunun qızı Antoniya Malatesta ilə nikahlandı. Ancaq cütlüyün övladı olmadı.

Apardığı sərt siyasət və qəddarlığı səbəbilə, 16 may 1412-ci ildə Milandakı San Qottardo kilsəsi önündə sui-qəsd nəticəsində qətlə yetirildi. Ölümünün ardından qardaşı Filippo Mariya taxta çıxarıldı.

Mənbə

  • Rossi, Antonio Domenico (1830). Ristretto di storia patria ad uso de'Piacentini (in Italian). Maino. p. 245
  • Sabatini, Raphael (1926). Bellarion the fortunate: a romance. Boston: Houghton Mifflin
  • Tonini, Luigi (1884). Rimini (in Italian). Vol. 5. Rimini: Orfanelli e Grandi. p. 22

İstinadlar

  1. GIOVANNI MARIA Visconti, duca di Milano.
  2. Lundy D. R. Giovanni Maria Visconti, Duca di Milano // The Peerage (ing.).
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.