Jan Kambanda
Jan Kambanda — 1994-cü il Ruanda soyqırımının başladığı vaxtdan etibarən Ruanda müvəqqəti hökumətinin Baş naziri, Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın 1951-ci ildə qüvvəyə minməsindən sonra soyqırım cinayətində təqsirləndirilən yeganə hökumət başçısı.[2][3]
Jan Kambanda | |
---|---|
Jean Kambanda | |
Ruandanın 5-ci Baş naziri | |
9 aprel 1994[1] – 19 iyul 1994 | |
Prezident | Teodor Sindikubvabo |
Əvvəlki | Faustin Tvagiramunqu |
Sonrakı | Aqata Uvilingiymana |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Partiya | Respublikaçı Demokratik Hərəkat Partiyası |
Fəaliyyəti | siyasətçi, bankir |
Dini | katolisizm |
1994-cü ilin aprelində müxalifətçi Respublikaçı Demokratik Hərəkat Partiyasının Butare bölməsinin vitse-prezidenti olmuşdur.
Cinayət məsuliyyəti
Kambanda 18 iyul 1997-ci ildə Nayrobidə tutulmuş və Ruanda Beynəlxalq Cinayət Tribunalına verilmişdir.
Dövrün hökumət başçısı Kambandanın üzərinə soyqırımdan xilas olmuş uşaqları xəstəxanada olduqları müddətdə qorumaq vəzifəsi qoyulmuşdu. Lakin bu vəzifəsini qəsdən yerinə yetirməmiş, laqeydlik göstərmiş və sonda onun soyqırım cinayətini törətdiyi təsbit edilmişdir. Burada Kambandanın uşaqların təhlükəsizliyini təmin etməklə bağlı vəzifəsini yerinə yetirmədiyini özünün də təsdiq etmiş olması, Məhkəmənin təqsirləndirilən şəxsdəki spesifik soyqırım niyyətinin təşəkkül tapdığını təsbit etməsini də asanlaşdırmışdır.[4]
Kambanda ittihamnamədə soyqırım cinayətindən insanlıq əleyhinə cinayətlərə qədər altı müxtəlif əməli törətməkdə təqsirli bilinmişdi və 1 may 1998-ci ildə bu ittihamı qəbul etmiş, nəticədə Ruanda Məhkəməsi 4 sentyabr 1998-ci ildə bu cinayətlərə görə Kambandanı ömürlük azadlıqdan məhrum etmişdir.[5]
Ruanda Məhkəməsinin Kambanda işində qeyd etdiyi soyqırım cinayətinin "cinayətlərin cinayəti" olması və buna baxmayaraq insanlıq əleyhinə cinayətlərlə müqayisədə tətbiq olunacaq sanksiya baxımından bu qrup cinayətlərin də daha az ağır qəbul edilə bilməyəcəyi səbəbiylə fərqli olmayacağı fikri, bu Məhkəmənin digər işlərində nümunə olaraq qəbul edilmiş və tətbiq edilmişdir.[6]
İstinadlar
- Prunier, Gérard. The Rwanda Crisis, 1959–1994: History of a Genocide (Hardcover). London: C. Hurst & Co. Publishers. 1995. səh. 232. ISBN 1-85065-243-0.
- Rwandan Ex-Premier Gets Life Term Arxivləşdirilib 2016-04-12 at the Wayback Machine, Ann M. Simmons, 5 September 1998, LA Times, Retrieved 29 March 2016
- Lətif Hüseynov. Beynəlxalq hüquq (az.). Bakı: Qanun (nəşriyyat). 2012. səh. 368.
- Cengiz Başak. Uluslararası Ceza Mahkemeleri ve Uluslararası Suçlar. Ankara: Turhan Kitabevi. 2003.
- Arda Özkan. Silahlı çatışmalar hukukunun uygulanmasında ad hoc mahkemelerin rolü (türk). səh. 490.
- Yusuf Aksar. Uluslararası Ceza Mahkemesi ve Uluslararası Ceza Usul Hukuku (türk). Ankara: Seçkin Yayınevi. 2003. səh. 175-180.