Jan Jirodu
Jan Jirodu (tam adı: Jan Jirodu, fr. Jean Giraudoux; 29 oktyabr 1882[1][2][…] – 31 yanvar 1944[3][1][…], Paris[3]) — fransız roman yazarı, esseçi, oçerkist, diplomat və dramaturq. Birinci Dünya müharibəsi ilə İkinci Dünya müharibəsi arasındakı dövrdə yazıb-yaratmış ən mühüm fransız dramaturqlardan biri hesab edilir.[5] Onun əsərləri bədii üslubu və poetik fantaziyasına görə xüsusilə qeyd olunur. Jirodunun müraciət etdiyi əsas mövzu qadın-kişi münasibətləridir - bəzi hallarda isə kişi ilə əlçatmaz hesab olunan ideal arasındakı münasibətlərdir.
Jan Jirodu | |
---|---|
fr. Jean Giraudoux | |
Doğum adı | Hippolyte Jean Giraudoux |
Doğum tarixi | 29 oktyabr 1882[1][2][…] |
Vəfat tarixi | 31 yanvar 1944[3][1][…] (61 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Fəaliyyəti | dramaturq, ssenarist, diplomat, roman yazıçısı, esseist, yazıçı |
Əsərlərinin dili | fransız dili |
Mükafatları | |
Jan Jirodu Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Jirodu Yuxarı Vyenna departamentində Bellak kommunasında anadan olmuşdur. Atası Lejer Jirodu burada Nəqliyyat Nazirliyində işləyirdi. Jirodu Soda Lakanal liseyində təhsil almış, məzun olduqdan sonra Avropaya səyahətə çıxmışdır. 1910-cu ildə Fransaya qayıtdıqdan sonra Xarici İşlər Nazirliyindəki vəzifəni qəbul etmişdir. Birinci Dünya müharibəsinin başlaması ilə xidmətlərində xüsusilə fərqlənmiş və 1915-ci ildə müharibə dövründə "Fəxri Legion" ordeninə layiq görülən ilk yazıçı olmuşdur.[6]
O, 1918-ci ildə ailə həyatı qurmuşdu və əsərlərinin əksəriyyətini müharibədən sonrakı dövrdə qələmə almışdır. İlk ədəbi uğurunu romanları vasitəsilə, xüsusilə də Siegfried et le Limousin (1922) və Eglantine (1927) əsərləri ilə qazanmışdır. Aktyor və teatr direktoru Lui Juve ilə 1928-ci ildə Juvenin Siegfriedi səhnə üçün hazırlaması ilə başlayan və davam edən əməkdaşlıq onu yazmağa həvəsləndirirdi.[7] Lakin onu beynəlxalq səviyyədə tanıdan dram əsərləri idi. O, ingilis dilli cəmiyyətdə daha çox əsərlərinin Xristofor Fray (Troya müharibəsi baş verməyəcək) və Moris Valensi (Şeylunun dəliliyi, Su pərisi, Tilsimlənmiş, Bellakın Apollonu) tərəfindən mükafat qazanmış ssenariləri nəticəsində tanınmışdır.
Jirodu Florens Meyer Blumental ilə birlikdə 1919-1954-cü illərdə rəssamlara, heykəltəraşlara, tərtibatçılara, qravürçülərə, yazıçılara və musiqiçilərə verilmiş Priks Blumental mükafatı ilə təltif edilmə zamanı münsif kimi iştirak etmişdir.[8]
Parisdə Passi məzarlığında dəfn edilmişdir.[9]
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Jean Giraudoux // Encyclopædia Britannica (ing.).
- Жироду Жан // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- LIBRIS. 2012.
- Brockett, Oscar. History of the Theatre Boston: Allyn and Bacon. 1968. p. 621.
- Fowlie, Wallace. Jean Giraudoux in Gassner, John and Edward Quinn ed. The Reader's Encyclopedia of World Drama. New York, Thomas Crowell. 1969. p. 359.
- "Encyclopædia Britannica Online: "Jean Giraudoux"". Britannica.com. 2013-11-06. 2015-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-03.
- "Florence Meyer Blumenthal". Jewish Women's Archive, Michele Siegel. 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-02.
- New York Times; February 1, 1944 Arxivləşdirilib noyabr 3, 2012, at the Wayback Machine Jean Giraudoux obituary.
Xarici keçidlər
- Jan Jirodu (ing.) Internet Broadway Database saytında
- Jan Jirodu — IMDb səhifəsi
- Jan Jirodu (ing.) Find a Grave saytında