Jan Batist Sey
Jan Batist Sey (fr. Jean-Baptiste Say; 5 yanvar 1767[1][2][…], Lion – 14 noyabr 1832[3]) — fransız iqtisadçısı
Jan Batist Sey | |
---|---|
fr. Jean-Baptiste Say | |
Doğum tarixi | 5 yanvar 1767[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 14 noyabr 1832[3] (65 yaşında) |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Əsas maraqları | iqtisadiyyat |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Jan Batist Sey 1767-ci ildə Lion şəhərində tacir ailəsində anadan olmuşdur. O, yaxşı kommersiya təhsili almış, iqtisadi biiklərini müstəqil surətdə artırmağa olduqca böyük səy göstərmiş, akademik seçilmiş, Paris Universitetinin və Fransanın digər tədris ocaqlarının siyasi iqtisad professoru olmuşdur. Sey özünü Adam Smitin etibarlı şagirdi, onun baxışlarının yalnız sistemləşdiricisi, sadələşdiricisi və geniş formada yayıcısı adlandırmasına baxmayaraq o, faktiki olaraq öz nəzəzriyyələrini yaratmışdır. Sey amillər nəzəriyyəsini Smitin "dəyərin gəlirdən ibarət olması" fikrindən yaratmışdır. Sey proteksionizmin əleyhinə olmuş və onun "bazarlar" qanunu merkantilizmin fiziokratik tənqidinin tərkib hissəsidir.
Əsərləri
- Siyasi iqtisad traktatı və yaxud sərvətin əmələ gəldiyi, bölüdürüldüyü və istehlak olunduğu üsulun sadə şərhi (1803)
- Siyasi iqtisadın katexizisi(traktatın qısa şərhi) (1817)
- Siyasi iqtisad kursu (6 cildlik), (1828–1830)
Həmçinin bax
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Jean Baptiste Say // Babelio (fr.). 2007.
- Find a Grave (ing.). 1996.
- Moiroux J. Le cimetière du Père-Lachaise (fr.). Paris: 1908. P. 311.
- LIBRIS. 2012.