Jan Anuy

Jan Anuyl (fr. Jean Anouilh, 23 iyun 1910[1][2][…], Bordo[3][4]3 oktyabr 1987[1][2][…], Lozanna[4]) — fransız dramaturqu.

Jan Anuy
fr. Jean Anouilh
Doğum adı Jean Marie Lucien Pierre Anouilh
Doğum tarixi 23 iyun 1910(1910-06-23)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 3 oktyabr 1987(1987-10-03)[1][2][…] (77 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Uşaqları 5
Təhsili
  • Şaptal Liseyi[d]
Fəaliyyəti dramaturq, ssenarist, yazıçı, rejissor
Əsərlərinin dili fransız dili
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Sorbonna Universitenin hüquq fakültəsini bitirmiş, reklam agentliyində işləmişdir. "Çamadansız müsafir" (1937) pyesi ilə məşhurlaşmışdır. "Çəhrayı pyeslər" (istehzalı-lirik komediyalar: "Oğruların rəqs gecəsi", 1938; "Sanlisdə görüş", 1941), "tikanlı pyeslər" ("Zavallı Bitos", 1956) və s. silsilə dramları var. "Ürkək qız" (1938), "Antiqona" (1943), "Torağay" (1953), "Dəlisov və ya məftun irticaçı" (1959), "Mağara" (1961) pyeslərində insani ləyaqətləriəxlaqi görüşləri uğrunda mübarizə aparan insanlardan bəhs etmişdir. Dövrünün sosial-fəlsəfi problemlərini dərindən dərk edən Anuyl pyesləri süjet təbiiliyi, emosionallığı, yumoru ilə seçilir. "Medeya" əsəri Azərbaycan səhnəsində tamaşaya qoyulmuşdur.[7]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.