Jan-Leon Jerom
Jan-Leon Jerom (11 may 1824[1][2][…], Vezul[1][2][…] – 10 yanvar 1904[3][2][…], IX arondisman (Paris)[3]) — İndiki akademizm üslubunda işləyən fransız rəssam və heykəltaraş idi. Rəsmləri o qədər geniş yayılmışdır ki, 1880-ci ilə qədər dünyanın ən məşhur yaşayan sənətkarı sayılırdı. Akademik rəsm ənənəsini bədii bir zirvəyə gətirən tarixi əsərlər, Yunan mifologiyası, Şərqşünaslıq mövzusu, portretlər və digər mövzular onun yaradıcılığa aid idi. O akademik dövrün ən vacib rəssamlarından biri hesab olunur. O, həmçinin çoxlu tələbələri olan bir müəllim idi. Tələbələri arasında, Meri Kassat, Osman Hamdi Bəy, Şəkər Əhməd Paşa,Tomas İkins kimi məşhur rəssamlar da vardı.
Jan-Leon Jerom | |
---|---|
fr. Jean-Léon Gérôme | |
Doğum tarixi | 11 may 1824[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 10 yanvar 1904[3][2][…] (79 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Milliyyəti | Fransız |
Atası | Pier Jerom |
Anası | Fransuaza Vilmo |
Fəaliyyəti | rəssam, heykəltaraş, müəllim, qrafika ustası[d], memarlıq çertyojçusu[d], vizual incəsənət rəssamı |
Təhsili |
Milli İncəsənət Məktəbi (Fransa), Kraliyyət Rəssamlıq Akademiyası (Fransa) |
Janrlar | Tarixi əsərlər, Şərq mövzusu |
Stil | Akademizm |
Tələbələri | Meri Kassat, Osman Hamdi Bəy, Şəkər Əhməd Paşa, Tomas İkins |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən həyatı
Sənətkarın atası, 1823-cü ilin aprelində bir al-verçinin qızı olan Fransuaza Vilmo ilə evlənən, Vezul şəhərindən olan zərgər Piero Jerom idi. Mayın 10-u, 1824-cü ildə bu cütlüyün ilk uşağı dünyaya gəlir və ona Jan-Leon adını qoyurlar. 9 yaşında olarkən rəsmə maraq göstərdiyi və rəssamlıq texnikalarını araşdırmağa başladığı yerli gimnaziyaya daxil olur. Onun başlıca müəllimi Klod Karyaj (1798-1875) olmuşdur. Gimnaziya illərinə Aleksandr Qabriel Dekanın işlərindən birinin uğurlu bir kopyasını yaratdı, Pol Delaroş onun bu işini gördükdə istedanı ağız dolusu təriflədi. Bu, onun atasını razı etdi ki, oğlu Karyajdan tövsiyə məktubu alaraq Parisə oxumağa getsin. Atası deməkdən yorulmurdu ki, zərgərlər çox, rəssamlar isə az qazanır. Oğluna bu sənətdə uğur qazanması üçün 1 il vaxt verdi, əgər bu iş gözlədiyi kimi alınmasa valideynlərinin yanına, evə qayıtmalı idi.
Jeromun günümüzə çatan ən köhnə əsəri "Bir Oğlanın Portreti" əsəridir. Hətta onun bu işində belə, rəssamın qabiliyyəti hiss olunur. Jan-Leonun istedadı son dərəcə kəskin nəzərə çarpırdı. Onu ziyarət etmməyə Parisə gələn atası işlərini görür və bəyənir, təhsilini yüksək qiymətləndirərək ona ildə 1000 frank göndərməyə qərar veri, bu da rəssamın yalnız təhsili ilə məşğul olmasına imkan yaradırdı. Müəllimi Delaroşla olan münasibəti də yaxşı idi, Delaroş tələbəsini Paris sənət jurnallarına tövsiyə etdi və 1843-cü ildə onu bir illik Romaya işgüzar səfərə apardı. Jerom 52 yaşında, İtaliyaya səyahət ilini həyatındakı ən yaxşı illərindən biri kimi qiymətləndirdiyi bir tərcümeyi-hal yazdı:
"Heç bir şey bilmirdim və buna görə də öyrənməyə çox şeyim var idi.<…> Memarlıq abidələrinin, mənzərələrin, insanların və heyvanların rəsmlərini çəkdim, bir sözlə, təbiətlə vəhdətdə çalışdığımı hiss etdim".
Romada olarkən özünü təbiət rəsmləri çəkməyə həsr edir, akademik ənənənin əksinə olaraq, muzeylərdən çox təbiətdə işləməyi sevir. Buna baxmayaraq, Neapolda, Pompeydə aparılan qazıntılar zamanı tapılan qladiator zirehləri onun diqqətini cəlb edir. O dövrün heç bir avropalı sənətçisinin qladiator döyüşlərindən ilham almamasına təəccüblənir və arenadakı döyüşlərin antik görüntülərini axtararaq qədim mənbələri və muzey kolleksiyalarını səylə öyrənməyə başlayır. Müasir incəsənət onu məyus edirdi - Jerom o vaxt Romada məşhur olan Fridrix Overbeki çox tənqid edirdi:
“Onun rəsmlərinin monotonluğu məni öldürür: kişilər döşləri olmayan qadınlar kimidir,pərdələrin eyni yerdə qıvrımları var; mənzərə Rafaelin incə ağaclarından kopyalanmış kimi görünür... Bu qədər əhəmiyyətli bir nüfuza sahib olan sənətkarı qınamağa cəsarət etmirdim. <…> Nə qədər haqsızlıqdır! ”.
Onun "Qadın portreti" əsəri Roma dönəminə aid ən vacib işlərindən sayılır. N.Volfun fikrincə Jeromun ilk portretləri özündə Enqrın güclü təsirini daşıyır.
1844-cü ildə Romada Jan-Leonun qarşısını ala bilmədiyi bir xəstəlik yayıldı. Müasirlərinin xatirələrinə görə, Vezuldan xüsusi olaraq Romaya gələn anasının qayğısı olmasaydı, Jerom çətin sağ qalardı
Delaroş emalatxanasını bağladığı üçün tələbələrini isveçrəli Çarlz Qleyrə təhvil verdi. Məşhur bir müəllim sayılsa da (Sisley, Renuar, Mone, Uistler müxtəlif illərdə Qleyrin emalatxanasında dərs keçmişdirlər), Jerom ilə aralarındakı münasibət açıq-aşkar nəticə vermədi. Tərcümeyi-halında Qleyr ilə yalnız 3 ay oxuduğunu və sənətinin gənc rəssam üzərində əhəmiyyətli bir təsiri olmadığını iddia edir. Ancaq A.Şestimirovun fikrincə Jerom bu məqamda məsələnin həqiqətini bir qədər təhrik etmişdir. Şübhəsiz ki, Qleyrdən antik səhnədəki janr əsərlərinə maraq qazandı. Klassik mifologiyadan və tarixdən gələn melodramatik süjetlər əvəzinə 1840-cı və sonrakı illərdə əyləncəli süjetlər dəbdə oldu. Bu cür rəsmlər həm realizmdən, həm də akademizmdən uzaq olduğundan “Neo-yunan” tərifi meydana çıxdı.1847-ci il Paris Salonunun kataloquda Jerom Qleyrin tələbəsi olaraq siyahıya alındı və yaxından araşdırıldıqda onun nəzərə çarpan təsiri rəssamın işlərində hiss olunur. Delaroşun açıq qəhvəyi palitrasından fərqli olaraq, Qleyr Jeromun tərzinə də təsir edən daha açıq rənglərdən ibarət palitradan istifadə edirdi. Ona Yaxın Şərqə dərin maraq aşılayan da elə məhz Qleyr idi. Bununla birlikdə, fərdi fərqlər aşılmaz idi: onun atelyesində yaranan "Neo-yunanlar" dairəsi Qleyri qıcıqlandırırdı.
Karyera yüksəlişi
Debüt
1846-cı ilin sonunda Jerom ilk böyükölçülü rəsmi olan - "Gənc yunanlar xoruz döyüşü ilə əylənir" əsərini bitirir və Salonda nümayiş etdirməyi ümid edir. Bundan əvvəl o, öz şübhələrini hər zaman ünsiyyətdə olduğu və fikirləninin ona yol göstərdiyi Delaroşla bölüşür. Jerom səmimi olaraq dedi ki, öz səylərinin nəticəsinin "zəif və boş" göründüyünü söylədi.Delaroş cavabında bunların doğruluğunu təstiqlədi, onun indikindən qat-qat yaxşı rəsm çəkə biləcəyini, ancaq bunun sonrakı iş olduğunu, indi isə həmin rəsmi Salona göndərməli olduğunu dedi. Nəticədə 1847-ci il onun karyerasında həll edici il oldu. Rəsm sərgi salonunda üçüncü dərəcəli medal qazandı, lakin o zaman nüfuzlu Teofil Qotye də daxil olmaqla tənqidçilərin diqqətindən yayınmadı. Qotye, süjetin əhəmiyyətsiz olduğunu və bu tip bir mövzunun kiçik bir kətan üzərində də təcəssüm etdirilə biləcəyini, ancaq "fiqurların həqiqi ölçüdlərində rəsm edilmiş olduğunu və şəkli tarixiləşdirən bir diqqətlə işləndiyini" qeyd etmişdir.
Sonrakı yaradıcılığı
1878-ci ildə təşkil olunan ümumdünya sərgisində Jerom ilk dəfə özünü heykəltaraş olaraq, "Qladiatorlar" əsəri ilə təqdim etdi. Ona dostu və həmyaşıdı olan - E. Fremier tərəfindən heykəl dərsləri verildi, sonralar Jerom kataloqlarda özünü E.Fremierin tələbəsi kimi qələmə verirdi.