Jan-Fransua Şampolyon

Jan-Fransua Şampolyon (fr. Jean-François Champollion; 23 dekabr 1790[1][2][…], Fijak[d], Fransa krallığı[2][3][…]4 mart 1832[1][2][…], Paris, İyul monarxiyası[4][5][…]) — fransız filoloq, alim, şərqşünas və misirşünas.

Jan-Fransua Şampolyon
fr. Jean-François Champollion
Doğum tarixi 23 dekabr 1790(1790-12-23)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 4 mart 1832(1832-03-04)[1][2][…] (41 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması[d], insult
Dəfn yeri
Elm sahələri Misir heroqlif yazısı, tarix[6], dilçilik, Misirologiya
İş yerləri
Təhsili
Elmi rəhbəri Antuan İsaak Silvestr de Sasi
Üzvlüyü
Mükafatları "Fəxri legion" ordeni kavaleri "Müqəddəs İosif" ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və fəaliyyəti

Erkən illəri

Jan-Fransua Şampolyon 1790-cı ilin 23 dekabrında Fransanın Lo departamentində dünyaya gəlmişdir. Uşaqlıq illəri əsasən Qrönoblda keçən Şampolyon bu dövr ərzində xüsusi dil öyrənmə istedadını kəşf etmişdir. Beləliklə artıq 16 yaşında ikən o artıq 12 dil bilirdi. O 1809-cu ildə 19 yaşında tarix üzrə professor adını alıb və Qrönobl Akademiyasının professoru olaraq işə başlayıb.

Rozetta daşı

Qısa zaman kəsiyində çoxsaylı dil biliklərinə yiyələnən Jan-Fransua Şampolyon, 1822-ci ilin sentyabr ayında 32 yaşında Rozetta daşı üzərindəki heroqliflərinin tərcüməsi istiqamətində çalışmışdır.

Sonrakı fəaliyyəti

Misirşünaslıq elminin metodoloji əsaslarının yaradılmasında və bütövlükdə onun tədqiqat sahəsinin genişləndirilməsində Şampolyonun xüsusi xidmətləri olmuşdur. Beləki, məhz onun 1824-cü ildə dərc edilən "Precis du systeme hieroglyphique" əsəri ilə misirşünaslıq elmi bir sfera kimi formalaşmağa başlamışdır. Sonrakı illərdə Kollec de Fransda misirşünaslıq üzrə professor olaraq çalışmış, 1828–1829-cu illər arasında isə tədqiqat məqsədilə Misirə səfər etmişdir. Ölümündən bir qədər sonra, 1845-ci ildə, dərc olunan "Monuments de l'Egypte et de la Nubie" əsərində, Şampolyon Misirə səfəri zamanı aşkarladığı elmi tapıntıları təqdim etmişdir.

Vəfatı

Şampolyonun Misir səyahətindən sonra səhəttində bir sıra ciddi problemlər meydana gəlmiş və 1832-ci ilin 4 mart tarixində,41 yaşında Parisdə ürək tutulmasından vəfat etmişdir.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.