Jalə Amuzgar
Jalə Amuzgar (2 dekabr 1939[1], Xoy, Qərbi Azərbaycan ostanı) — İran tarixçisi və professor.
Jalə Amuzgar | |
---|---|
Doğum tarixi | 2 dekabr 1939[1] (84 yaş) |
Doğum yeri | |
İş yeri | |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
1939-cu ilin 2 dekabrında Qərbi Azərbaycan ostanının Xoy şəhərində anadan olmuşdur.
Təhsili
Jalə Amuzgar Fəlsəfə doktoru elmi dərəcəsini Sarbonna Universitetində almışdır.[2]
Fəaliyyəti
Məşğul olduğu əsas sahə İranistikadır. O, hal-hazırda Tehran Universitetinin Qədim İran Mədəniyyəti və Dilləri bölməsinin rəhbəridir.[3]
Jalə Amuzgar prof.Əhməd Tafuzzuli ilə birlikdə İranın qədim dövr tarixinə və ədəbiyyatına aid müxtəlif əsərlər yazmışdırlar. O, həmçinin Kolumbiya Universitetinin İranika Ensiklopediyası layihəsində də iştirak etmişdir.[4]
Əsərləri
- Həyatın Zərdüşt mifi
- Pəhləvi dili, ədəbiyyatı və təlimatları
- İranın mifoloji tarixi
- İlk əfsanəvi iranlı Şəhriyar və ilk nümunələr (tərcümə)
- Le Cinquieme Livre Du Denkard (tərcüməçi: Əhməd Tafuzzuli)
Mükafatları
Jalə Amuzgar müxtəlif orden və medallarla təltif edimişdir. Bunlara misal olaraq "Şərəf Legionu Cəngavəri"ni və "İran Mədəni İrsi" mükafatını göstərmək olar. Sonuncu qeyd edilən mükafatı 2016-cı ildə almışdır.[5][6]
İstinadlar
- ژاله آموزگار، 1939‒ // AlKindi.
- "Le cinquième livre du denkard" (French). 2016-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-10.
- "Archived copy". 2010-02-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-02-14.
- "Archived copy" (PDF). 2010-02-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2010-02-14.
- "Arxivlənmiş surət". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-10.
- "Arxivlənmiş surət". 2018-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-10.