Jalə Əliyeva

Jalə Əliyeva (5 oktyabr 1966, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin III[1], IV[2], V[3]VI çağırış[4] deputatı.

Jalə Əliyeva
Şəxsi məlumatlar
Doğum tarixi 5 oktyabr 1966(1966-10-05) (57 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi
Anası Nurəngiz Gün

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Əliyeva Jalə Fazil qızı 1966-cı il oktyabrın 5-də Bakı şəhərində anadan olmuşdur. Şairə Nurəngiz Günün yeganə övladıdır. 1 övladı var.

1983-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə daxil olmuşdur.

1988-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Universitetdə oxuduğu illərdə, dövrün ən ali təqaüdü olan Lenin təqaüdünə layiq görülmüşdür. Eyni zamanda universitetin ictimai və elmi həyatında yaxından iştirak etmiş, universitet elmi şurasının üzvü, fakültə komsomol komitəsinin katibi olmuşdur. 1994-cü ildə Bakı Dövlət Universitetinin aspiranturasını bitirmişdir.

1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirərək, ikinci ali təhsilə yiyələnmişdir.

1988-ci ildən Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində dərs deyir. Hazırda BDU-nun Türk filologiyası kafedrasının professorudur. Şərqşünaslıq fakültəsi Elmi Şurasının üzvüdür.[5]

Elmi fəaliyyəti

1996-cı ildə "Füzulişünaslığın təşəkkülü və inkişaf meylləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 2006-cı ildə "Çağdaş Türk şeirinin poetikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2007-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə filologiya elmləri doktoru elmi dərəcəsini almışdır. Ali Attestasiya Komissiyasının qərarı ilə ona, 2012-ci ildə dosent, 2014-cü ildə professor elmi adları verilmişdir. AMEA-nın N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurasının və AMEA-nın N. Gəncəvi adına Ədəbiyyat Müzeyinin Elmi Şurasının üzvüdür. 100-ə yaxım elmi məqalənin, 4 elmi monoqrafiyanın, 1 dərs vəsaitinin və 1 metodik vəsaitin müəllifidir. Həmçinin, 3 elmi araşdırma kitabı və 2 monoqrafiyaya elmi redaktorluq, 1 dissertasiya müdafiəsinə elmi rəhbərlik və 8 dissertasiya müdafiəsinə rəsmi opponentlik etmişdir.

Azərbaycan Yazıçılar Birliyinin və İLESAM-ın (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) üzvüdür.

Siyasi fəaliyyəti

2005, 2010, 2015-ci illərdə Üçüncü, Dördüncü, Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini olmuşdur. Hal-hazırda Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədr müavini, sosial-siyasət komitəsinin üzvüdür. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, komitə sədr müavini və sədr vəzifələrinə seçilmişdir. Hazırda MDB Parlamentlərarası Assambleyasının üzvüdür. Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri olmuşdur. Hazırda Azərbaycan-Meksika Parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəridir. Eyni zamanda Azərbaycan-Türkiyə, Azərbaycan-İtaliya, Azərbaycan-Hindistan, Azərbaycan-Almaniya, Azərbaycan-Avstriya və Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının üzvüdür.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.