Jagdtiger

Jagdtiger (Sd.Kfz.186) (Azərbaycanca ovçu pələng) Nasist Almaniyasının ordusu olan Vermaxt tərəfindən İkinci Dünya müharibəsində istifadə edilmiş “Royal Tiger” tanklarının şassisi üzərində yaradılmış (Almanca Jagdtiger) tank qatilidir. Ayrıca olaraq ikinci dünya müharibəsində istehsal edilmiş olan ən ağır zirehli müharibə maşınıdır.

Jagdtiger
Jagdtiger
Jagdtiger
Tipi tank qatili
Ölkə
İstismar tarixçəsi
İstismara başlanması 1947
İstifadə edilən döyüşlər İkinci Dünya müharibəsi
İstehsal tarixçəsi
Konstruksiya tarixi 1943
İstehsalçı

Nibelungenwerk

(Steyr-Daimler-Puch)
İstehsal illəri 1944-1945
İstehsal sayı 88 ədəd
Xüsusiyyətləri
Ağırlığı 71.7 ton
Zireh 250 mm
Mühərrik

V-12 Maybach Maybach HL230

700 hp
Əsas silah 1 x 12.8 sm-lik PaK 44 L/55 (40 mərmi)
Köməkçi silah 1 x 7.92 mm-lik MG 34 yüngül pulemyotu (3300 mərmi)
Uzunluğu 10.65 metr (top daxil olmaqla)
Eni 3.6 metr
Hündürlüyü 2.8 metr
Ekipaj 6 nəfər (tank komandiri, radiorabitə operatoru, atıcı, sürücü, iki yükləyici)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Asqısı Porsche istehsalı olan 8 təkərli Jagdtiger modeli
Asqısı Henschel-Werke istehsalı olan 9 təkərli Jagdtiger modeli

Əsas silahı: 1 x 12.8 sm-lik PaK 44 L/55 (40 mərmi)

Köməkçi silahı: 1 x 7.92 mm-lik MG-34 pulemyotu (3300 mərmi)

Mühərriki: V-12 Maybach Maybach HL230 Mühərrik gücü: 700 at gücü

Mühərriyin güc nisbəti: 9,21 at gücü/ton

Asqı təchizatı: yaylı bar.

Hərəkət mənzili: 120 km

Sürəti: 34 km/saat

Müasir dövrdə salamat qalmış Jagdtiger tankları

305004 seriya nömrəli texnika Böyük Britaniya da (Bovinqton tank muzeyində), 305020 seriya nömrəli texnika ABŞ da (Aberdeen Proving Ground), 305083 seriya nömrəli texnika Rusiya da (Kubinka tank muzeyi) qalmışdır.

305020 seriya nömrəli ABŞda (Aberdeen Proving Ground) nümayiş etdirilən texnika
305004 seriya nömrəli Böyük Britaniya da (Bovinqton tank muzeyində) nümayiş etdirilən texnika
305083 seriya nömrəli Rusiya da (Kubinka Tank Muzeyi) nümayiş etdirilən texnika

İstehsalı

150 ədəd Jagdtigers sifariş edilməsinə rəğmən sadəcə olaraq 88 ədəd istehsal etmək mümkün olmuşdur. 11 dənəsindən seriya nömrələri 305001, 305003 və 305012 yə qədər olanlar Porsche markalı asqı ilə və geri qalanları isə Henschel markalı asqı ilə istehsal edilmişdir. İstehsalına çox gec başlanan bir texnika olmuşdur. Müharibənin sonuna doğru bir çoxunun istehsalı xammal çatışmazlığına görə tamamlanmadı.

Jagdtiger modeli model olaraq çox böyük idi və müttəfiq ordusunun əsgərləri bu texnikandan çox qorxmuşdular. Ancaq bu texnikalar xam maddə və insan gücünün boş-boşuna sərf edilməsinə səbəb olmuşdur. Bu texnikaların yerinə Jagdpanther, ya da Tiger II modelindən istehsal etmək olardı. Hər nə qədər Hitler bu texnikaya çox güvənsə də, azsayda istehsal edilməsi səbəbinə görə bunlar müharibədə bir o qədər də təsirli ola bilməmişdilər.

İstehsal tarixlərinə görə sayları və nömrələri:

  • Fevral 1944 - 2 - #305001-305002
  • İyul 1944 - 3 - #305003-305005
  • Avqust 1944 - 3 - #305006-305008
  • Sentyabr 1944 - 8 - #305009-305016;
  • Oktyabr 1944 - 9 - #305017-305025
  • Noyabr 1944 - 6 - #305026-305031
  • Dekabr 1944 - 20 - #305032-305051
  • Yanvar 1945 - 10 - #305052-305061
  • Fevral 1945 - 13 - #305062-305074
  • Mart 1945 - 3 - #305075-305077
  • Aprel 1945 - 7 - #305078-305084
  • May 1945 - 4 - #305085-305088

Xidmət tarixi

Sadəcə olaraq 512 və 653 nömrəli iki ağır tank qatili taboru (schwere Panzerjäger-Abteilung), Jagdtigers ilə təchiz edilə bilindi. İlk texnika, 1944- cü ilin noyabr ayında xidmətə girdi. Təxminən 20%-i tapşırıqların icrası müddətində məhv edilmişdirlər. Geriyə qalmış texnikalar ya mexaniki qüsurları səbəbindən, ya da ki, yanacaqlarının bitməsi səbəbindən ekipajı tərəfindən tərk və ya məhv edilmişdirlər. İstifadə edilən sursatı iki hissədən ibarət idi və iki nəfərlik yükləyici tərəfindən döyüşə hazır vəziyyətə gətirilirdi. Sursatı birinci yerləşdirilən içində partlayıcı olan başlıq hissə və arxasından da bunu itələyən atıcı kapsuldan formalaşırdı. Bu səbəbdən də topun doldurma müddəti uzanır və tankın atəş intensivliyi aşağı düşürdü. Topdan atəş açıldıqdan sonra meydana gələn duman həm texnikanın yerinin asanlıqla müəyyənləşdirilməsinə səbəb olurdu, həm də ekipajı bir müddətlik kor edirdi.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.