Jadeit
Jadeit – Na Al [Si2O6] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.
Jadeit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
NaAlSi₂O₆ |
Strunz təsnifatı | VIII/F.01[1] |
Xüsusiyyətləri | |
Zolaq rəngi | ağ |
Vikianbarda əlaqəli mediafayllar |
Xassələri
Rəng – element-qatışıqlarından asılı olaraq mineral müxtəlif rəngdə olur: ağ, yaşılımtıl (Cr3+, Fe2+), göy (Fe2+, Fe3+), bozdan qarayadək (Mn2+, Fe3+), zümrüdü-yaşıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma müstəvilərində sədəfi; Şəffaflıq – qeyri -şəffafdan yarımşəffafadək; Sıxlıq – 3,2-3,5; sərtliyi – 6,5-7,5; Ayrılma – {110} prizması üzrə orta, {010} və {100} üzrə qeyri-mükəmməl; Olduqca özlüdir; Sınıqlar – qeyri-hamardan tikanlıyadək; Morfologiya – kristallar: nadir hallarda rast gəlir: prizmatik, sıx kriptokristallik kütlələr; Mineral aqreqatları: sıx, qarışıq-lifli, keçəyəoxşar.
Mənşəyi və yayılması
Tipik metamorfogen mineral olub, qələvilərlə zəngin süxurların yüksək temperatur və aşağı təzyiq şəraitində baş verən metamorfizmi prosesində əmələ gəlir. Ultraəsası süxurlarda, qlaukofan şistlərində qeyd edilir. Zərbə metamorfozmi nəticəsində plagioklazlar hesabına əmələ gəlmiş jadeit meteorit kraterlərində aşkar edilmişdir. Nadir hallarda həmçinin kontakt-metasomatik süxurlarda müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: kvars, serpentin, lavsonit, xlorit, qranat, mika, albit, maqnetit və b. Mineralın tapıldığı yerlər: San Benito yaxınlığında (ABŞ); Tomo (Birma); Kotaki (Yaponiya); Val-di Susa (İtaliya); Ris meteoritinin krateri (Almaniya) və b. Azərbaycanda Kəlbəcər rayonunun serpentinitlərində qeyd edilir.
Tətbiqi
Jadeit yarımqiymətli daşdır.
Qalereya
İstinadlar
- Ralph J., Nikischer T., Mineralogy H. I. o. Mindat.org (ing.): The Mineral and Locality Database. [Keswick, VA], Coulsdon, Surrey: 2000.
Mənbə
- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004