Ja (hərf)
𐔻 (səslənməsi: /ʓ/; transkripsiyası: Ź, ź) — Alban əlifbasının 12-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ժա́ (Žá) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərfin adı "Źa" olmalıdır.[1] Formaca yunanca lambda (λ) hərfinin inversinə bənzəsə də eyni səsi vermir. Rəqəmsal dəyəri 30-dur. Bu hərfə çox az rast gəlinir.
Alban əlifbası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Matenadaran MS 7117 versiyası Sinay palimpsestləri versiyası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səslənməsi | /ʑ/ və ya /ʓ/ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəqəm dəyəri | 30 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Unicode ünvanı | U+1053B | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Nümunələr:[1]
Alban yazısı | Transkripsiyası | Tərcüməsi | Udi dilində |
---|---|---|---|
𐔻𐔼𐔻𐔼𐕘𐔴𐕚𐕒𐕡𐕎 | źiźiġesun | tərpənmək, titrəmək | j̆ı̆k' |
𐔻𐔴 | źe | daş | j̆ĕ |
𐕃𐕒𐕡𐕌𐔰𐕙𐔻 | ʒ́umarź | qonşu | ? |
İstinadlar
- J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé — The Caucasian Albanian Palimpsests of Mount Sinai, Brepols Publishers, ISBN 978-2-503-53116-8, 2008; 1-ci cild, səh. II-4–6
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.