Jül Borde

Jül Borde (fr. Jules-Jean-Baptiste-Vincent Bordet; 13 iyun 1870[1][2][…]6 aprel 1961[1][2][…], Brüssel) – Belçikalı immunoloqmikrobioloq. Bordetella bakteriya cinsi onun adını daşıyır. 1919-cu ildə "İmmunitetlə əlaqədar kəşflərinə görə" Fiziologiya və ya tibb üzrə Nobel mükafatını qazanmışdır.[3]

Jül Borde
fr. Jules Jean-Baptiste Vincent Bordet
Doğum tarixi 13 iyun 1870(1870-06-13)[1][2][…]
Vəfat tarixi 6 aprel 1961(1961-04-06)[1][2][…] (90 yaşında)
Vəfat yeri
Elm sahəsi mikrobiologiya
Elmi rəhbəri İlya Meçnikov
Üzvlüyü
Mükafatları fiziologiya və tibb üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Jül Borde 1870-ci ildə Belçikanın Suan şəhərində anadan olmuşdur. 1892-ci ildə Brüssel Universitetini bitirmişdir. 1894–1901-ci illərdə Parisdəki Paster İnstitutunda işləyirdi. Burada bir neçə ilini İlya Meçnikovun laboratoriyasında keçirdi. 1900-cü ildə Belçikaya qayıtdı və Paster İnstitutuna rəhbərlik etdi. 1907–1935-ci illərdə Brüssel Universitetində BakteriologiyaParazitologiya şöbəsinə də rəhbərlik etmişdir; 1935-ci ildən həmin üniversitetin fəxri professoru olmuşdur. 1940-cı ildə İkinci Dünya Müharibəsi dövründə Almaniyanın Belçikanı işğalı zamanı Borde Paster İnstitutunun rəhbərliyini oğluna təhvil verdi, özü isə fəxri direktoru oldu.

Fransada çalışdığı illər ərzində canlı orqanizmlərdəki bakteriyaların zərərsizləşdirilməsi mexanizmlərini, bioloji mayelərdə immunitet reaksiyalarını araşdırdı. 1895-ci ildə bir bakteriyanın hüceyrə divarının parçalanmasından (bakteriyoliz) məsul olan qan serumunun 2 komponentini kəşf etdi. 1898-ci ildə Borde bir heyvan növünün bədəninə daxil olan müxtəlif növlərdən olan qırmızı qan hüceyrələrinin (eritrositlər) bakterioloji mexanizmlə (hemoliz) öldürüldüyünü müəyyən etdi. Bu tapıntılar serologiyaimmunologiyanın inkişafında böyük əhəmiyyət daşıyırdı. Borde Belçikaya qayıtdıqdan sonra kürəkəni Oktav Jenqu ilə müxtəlif immun reaksiyalarını araşdırmağa davam etdi. 1900-cü ildə bakterial və viral xəstəliklərin serodiaqnozu üçün istifadə olunan tamamlayıcı fiksasiya reaksiyasını və 1906-cı ildə isə göy öskürəyin səbəbini (Bordetella pertussis) kəşf etdilər. Jül Borde 1919-cu ildə "İmmunitetlə əlaqədar kəşflərinə görə" Fiziologiya və ya tibb üzrə Nobel mükafatına layiq görüldü.[3]

İstinadlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Jules Bordet // Encyclopædia Britannica (ing.).
  3. "The Nobel Prize in Physiology or Medicine 1919". Nobel Foundation. 2 June 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.